"ALE Caspian" MMC müflis olur - AÇIQLAMA
"ALE Caspian" MMC şirkəti müflis olduğunu açıqlayıb.
FED.az şirkətin yayıdığı məlumata istinadən xəbər verir ki, "ALE Caspian" MMC-nin (VÖEN - 2002637001) müflis elan olunması ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində 2-2(3-6)-304/2026 saylı iş üzrə məhkəmə baxışı 15 aprel 2026-cı il saat 10.00-a təyin edilib.
Şirkətin debitor və kreditorlar Bakı Apellyasiya Məhkəməsinə müraciət edə bilərlər. Ünvan: AZ1073, Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə.
Əlaqə telefonu: (012) 510-53-48.
Xatırladaq ki, ALE Caspian (tam adı: ALE Heavy Lift Caspian) beynəlxalq mühəndislik və yükdaşıma şirkəti olan ALE-nin Azərbaycan və Xəzər regionu üzrə filialıdır.
Şirkət əsasən neft sektoru üçün ağır yüklərin Daşınması, mürəkkəb mühəndislik həlləri və xüsusi kran və texnikalar üzrə xidmətlər göstərirdi.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
SMM nə deməkdir?
Start-up nədir?
Dünyanın ən zəngin idmançıları
"Freelance" nədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları