Aleksandr Vuçiç İlham Əliyevi təbrik etdi

Aleksandr Vuçiç İlham Əliyevi təbrik etdiSerbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident!
Azərbaycanın Müstəqillik Günü münasibətilə Serbiya xalqı adından və şəxsən öz adımdan sizi səmimi-qəlbdən təbrik edir, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah diləyirəm.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd etdiyimiz ötən il əməkdaşlığın əldə olunmuş səviyyəsi ilə fəxr edirəm. Sizin 2022-ci il noyabrın 23-də Serbiyaya səfəriniz və Serbiya ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumu imzalamağımız xoş xatirələrlə yaddaşımda qalıb. Həmin il dekabrın 20-21-də Bakıya səfərim və qarşılıqlı əhəmiyyət kəsb edən bütün sahələrdə əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı aparılan uğurlu müzakirələr Serbiya-Azərbaycan münasibətlərinin davamlı inkişafının sübutudur.
Əminəm ki, strateji səviyyədə olan siyasi dialoqu, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlığımızı birgə səylərimizlə inkişaf etdirməkdə davam edəcəyik. Bunu çoxsaylı iqtisadi layihələr, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu yaxınlarda Belqradda keçirilmiş 7-ci iclası da bir daha sübut etdi.
Cari il sizin Serbiyaya gözlənilən səfəriniz və bu səfər çərçivəsində Serbiya və Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gələcək inkişafına əlavə imkanlar yaradacaq Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin planlaşdırılması məni çox sevindirir.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, sizi və ölkənizin bütün vətəndaşlarını Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bu il qeyd etdiyiniz 100 illik yubileyi münasibətilə təbrik edirəm. Biz Heydər Əliyevi siyasi müdrikliyi və strateji yanaşması ilə müasir müstəqil və uğurlu Azərbaycanın əsasını qoyan görkəmli və uzaqgörən dövlət xadimi kimi xatırlayırıq. 2022-ci ilin dekabrında yenidən ziyarət etdiyim möhtəşəm Heydər Əliyev Mərkəzi məni çox təsirləndirdi. İcazə verin, bir daha xatırladım ki, Heydər Əliyevin abidəsi Belqradın ən gözəl parklarından biri olan Taşmaydan parkında da ucaldılıb.
Fürsətdən istifadə edərək, Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə ölkənizin verdiyi prinsipial dəstəyə və bu yaxınlarda Kosovonun Avropa Şurasına qəbulu üçün prosedurların başlanılması haqqında qərarın əleyhinə verdiyiniz səslə beynəlxalq hüquqa bir daha göstərmiş olduğunuz bağlılığınıza görə dərin təşəkkürümü bildirmək istərdim. Serbiya bunu qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan səmimi, daimi dostluğun təcəssümü kimi dəyərləndirdiyi üçün bu addımı heç vaxt unutmayacaq. Əmin olun ki, Serbiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək.
Möhtərəm cənab Prezident, sizə bir daha dərin ehtiramımı ifadə edirəm".

Xəbərlər     Tarix: 25 may 2023

Oxşar xəbərlər

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd

"Bu, yeni sosial paketin anonsudur" - Pensiya artımında yeni qayda

Azərbaycanda əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb - SON QİYMƏT

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,5 dollar və ya 4,6% artaraq 124,76 ABŞ dolları olub

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Korporativ Həyat Sığortası - Daha çox sığorta olunan, daha az sığorta haqqı. Korporativ Həyat Sığortası, işəgötürənlər tərəfindən işçilərinə və onların ailələrinə təqdim edilən sığorta növüdür. Korporativ Həyat Sığortas


iqtisadi xeberler avtomobil xeberleri en son xeberler dollarin kursu bu gun kicik biznes