Ali təhsil müəssisələrinə ixtisas seçimi sabah başa çatır
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi avqustun 29-u saat 09:00-dək davam edəcək.
azxeber.com Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 15:45-dək olan məlumata görə, 65641 ərizə təsdiq edilib.
Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (o cümlədən subbakalavrlar) iştirak edə biləcəklər.
Abituriyentlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil olub seçimlərini etməlidirlər.
Qeyd edək ki, müsabiqədə iştirak edənlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri"nə müraciət edə bilərlər. "Məsləhət mərkəzləri" haqqında ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml