Aliment net yoxsa gross əməkhaqqından tutulmalıdır?

Aliment net yoxsa gross əməkhaqqından tutulmalıdır?Mütəxəssislər arasında bu mövzu ilə bağlı fikir ayrılığı var. Bu mövzuya əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov açıqlamasında aydınlıq gətirib.
Əslində, yuxarıda qeyd edilən iki variant da yanlışdır. Bu məsələ "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli qərarı ilə tənzimlənir.
Qərarın 7-ci bəndinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. İlk baxışdan qərarda vergilər deyildikdə, yalnız fiziki şəxslərin gəlir vergisinin, yoxsa digər icbari ödənişlərin də nəzərdə tutulub-tutulmadığını başa düşmək olmur. Dövlət Vergi Xidmətinin şərhinə görə, "vergilər" dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür.
Buna əsasən ,alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir.
Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.
Misal: İşçinin əməkhaqqı məbləği 800 manatdır və dövlət müəssisəsində çalışır. Məhkəmə tərəfindən işçinin aylıq əməkhaqqından 20% aliment tutulması barədə qərar çıxarılıb. Bu halda məcburi tutulmaların aparılmasına və alimentin tutulmasına nəzər yetirək:
Fiziki şəxslərin gəlir vergisi:
800 – 200 = 600 manat.
600 x 14% = 84 manat
Alimentin məbləği:
(800 – 84) x 20 % = 143,2 manat.
Sosial sığorta haqqı:
572,8 x 3 % = 17,18 manat.
İşsizlikdən sığorta haqqı:
572,8 x 0,5% = 2,86 manat.
İcbari tibbi sığorta haqqı:
572,8 x 2 % = 11,46 manat.
İşçiyə çatacaq əməkhaqqı:
800 – (84 + 17,18 + 2,86 + 11,46) – 143,2 (aliment) = 541,3 manat.
Bir sual da budur ki, işçinin iki iş yeri olduqda aliment hər iki iş yeri üzrə ümumi gəlirdən hesablanır, yoxsa əsas iş yeri üzrə gəlirdən?
Ailə Məcəlləsinə əsasən, aliment işçinin əməkhaqqından və başqa gəlirindən tutulmalı olduğu üçün işçi iki yerdə çalışırsa, aliment hər iki iş yeri üzrə ümumi gəlirdən tutula bilər.
Ver­­gi Mə­­cəl­­lə­­si­­nin 102.1.5-ci və "So­­si­­al sı­­ğor­­ta haq­­qın­­da" Qa­­nu­­nun 15-ci mad­­də­­si­­nə əsa­­sən, ali­­ment gə­­lir ver­­gi­­sin­­dən və məc­­bu­­ri döv­­lət so­­si­­al sı­­ğor­­ta haqqın­­dan azad­­dır. Yə­­ni alimenti alan şəx­­sin gə­­liri 500 ma­­nat, alimentin məbləği 200 ma­­natdırsa, onun ver­­gi tu­­tu­­lan gə­­li­­ri 500 ma­­nat ola­­caq.
Ali­­ment əməkhaq­­qı­­nın tər­­kib his­­sə­­si­­nə da­­xil edi­­lən gə­­lir ol­­ma­­dı­­ğı üçün on­­dan işsiz­­lik­­dən sı­­ğor­­ta haq­­qı və ic­­ba­­ri tib­­bi sı­­ğor­­ta haq­­qı da tu­­tul­­mur­­. / banker.az

Xəbərlər     Tarix: 04 oktyabr 2022

Oxşar xəbərlər

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler biznes qurmaq emlak xeberleri dollar kursu biznes ideyalari