Almaniya, Azərbaycan və Kanadanın birgə LNG biznesinin xalis mənfəəti 7 dəfə artıb
Almaniya, Azərbaycan və Kanadanın Maltadakı birgə şirkəti "ElectroGas Malta" 2023-cü ildə xalis mənfəətni təqribən yeddi dəfə artırıb.
Banker.az xəbər verir ki, "ElectroGas Malta" 2023-cü ildə 14 milyon manat ekvivalentində (7.44 mln. avro) xalis mənfəət əldə edib. Halbuki, şirkətin 2022-ci il üzrə xalis mənfəəti 2 mln. Manat ekvivalentində idi.
Azərbaycan Mərkəzi Bankı: EUR/AZN 1.8811 AZN (31.12.2023)
Şirkət 2022-ci ildə mln. manat ekv. gəlir əldə etdiyi halda, 2023-cü ildə bu rəqəm 472 mln. manat gəlir əldə edib.
Qeyd edək ki, şirkət üç iri neft-qaz şirkətinin birgə biznesidir. Bunlar Almaniyanın "Siemens Project Ventures GmbH", Azərbaycanın "Socar Trading SA" və Kanadanın "GEM holding Limited" şirkətləridir. Hər birinin payı bərabər olaraq 33.3%-dir.
Şirkətin xalis aktivləri hələ ki defisitdədir. Belə ki, onun 1 mlrd. 230 mln. manat öhdəliklərinə qarşı 1 mlrd. 142 mln. manat aktvivləri var. Kapital defisiti 88 mln. manatdır.

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Françayzinq nədir və necə olur?
Biznes nədir və hansı növləri var?
SMM nə deməkdir?
Green Card nədir və onu necə əldə etmək olar?