Almaniya və Fransa Rusiya vətəndaşlarına viza qadağası tətbiq edilməsinə qarşı çıxdı
Fransa və Almaniya Rusiya vətəndaşlarına Aİ ərazisində turizm vizasının verilməsinin dayandırılması barədə təklifi rədd edib.
KONKRET.azxəbər verir ki, Almaniya və Fransa xarici işlər nazirləri Avropa İttifaqının ruslara turizm vizalarına qadağa qoyması təklifinə qarşı çıxış edərək, bunun qeyri-məhsuldar olacağını bildiriblər.
Aİ-nin Şərqi Avropa və Skandinaviyadan olan üzvləri belə bir qadağanı qəti şəkildə dəstəkləyərək, Aİ-yə səyahətin hüquq deyil, imtiyaz olduğunu və ölkələrinin Ukraynanı işğal etdiyi bir vaxtda rusların Avropa çimərliklərində əylənməsinə icazə verilməsinin qəbuledilməz olduğunu bildirib.
Almaniya və Fransanın hələ dərc olunmamış ortaq bəyanatında isə bildirilib ki, bu addım gələcək nəsilləri bir-birindən uzaqlaşdıracaq.
"Biz Rusiya hökumətinin "narrativi"nin qidalanmasının, vahid bayraq ətrafında toplaşmaq və yaxud gələcək nəsilləri bir-birindən uzaqlaşdırmaq kimi gözlənilməz nəticələrin qarşısını almaq üçün viza siyasətimizə qarşı geniş məhdudiyyətlərlə bağlı xəbərdarlıq edirik", ortaq sənəddə qeyd olunub.
Aİ diplomatlarından biri isə deyib ki, bu məsələ ilə bağlı fikir ayrılığı Praqada nazirlərin iki günlük görüşündə viza qadağası ilə bağlı razılaşmanın mümkünsüz olması deməkdir.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba da Avropa ölkələrini Rusiya vətəndaşlarına viza verməməyə çağırıb.
XİN başçısı Kuleba bu barədə "Twitter"də bildirib.
"Aİ-yə səyahət Rusiyanın transformasiyasına heç bir təsir göstərmədi. 2007-ci ildə viza rejiminin sadələşdirilməsindən sonra Moskva Gürcüstana hücum etdi, Ukraynaya qarşı müharibəyə başladı, çoxsaylı cinayətlər törətdi– bunların hamısını xalqın böyük dəstəyi ilə etdi. Rusiyanı dəyişdirmək üçün rus turistlərin üzünə qapını bağlayın", Kuleba deyib.//APA

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Milyonlar qazandıran qəribə biznes ideyaları
Mcdonalds françayzinqi neçiyədir?
McDonalds haqqında maraqlı faktlar
5 liderlik göstəricisi
Bitcoin necə işləyir?