"Apple" ilk qatlanan cihazını təqdim edəcək
"CCS Insight" analitiklərinin əldə etdiyi məlumata görə, 2024-cü ildə "Apple" şirkəti ilk qatlanan cihazını təqdim edəcək və bu, smartfon olmayacaq. Ekspertlər hesab edirlər ki, yeni texnologiya ilə smartfon istehsal etmək şirkətə çox baha başa gələcək, buna görə "Apple"ın ilk qatlanan cihazı məhz iPad olacaq.
Banker.az bu barədə "Secretmag"a istinadən xəbər verir.
Qatlanan ekranlı elektronika bazarına ilk olaraq Cənubi Koreya və Çin istehsalçıları – "Samsung" və "Huawei" çıxmışdı. "Apple" bu təcrübəni iPad üzərində keçirəcək. Təəccüblü deyil ki, yenilik şirkətin indi istehsal etdiyi planşetlərdən baha olacaq.
Bundan əvvəl məlum olmuşdu ki, "Apple" 2022-ci ilin sonunadək istifadəyə veriləcək iPhone smartfonlarını abunə yolu ilə satmağı planlaşdırır. İT nəhəngi artıq bir neçə ay əvvəl smartfonu abunə yolu ilə satmaq variantını sınaqdan keçirməyə başlayıb.
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml