Aqrar sektor 3 %-dən çox böyüyüb

Aqrar sektor 3 %-dən çox böyüyübBu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 9 milyard 728,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
KONKRET.azDövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,2 % artaraq 5 milyard 304,2 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,1 % artaraq 4 milyard 424,5 milyon manata çatıb.
Bu il noyabrın 1-nə kimi ölkədə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 2882,4 min ton və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,4 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 30,4 min hektar qarğıdalı sahəsindən 232,7 min ton məhsul götürülüb. Yığım başlanandan sahələrdən 1031,1 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,4 % çox kartof, 1 729,3 min ton (1,4 % çox) tərəvəz, 468,7 min ton (1,9 % çox) bostan məhsulları, 1 059 min ton (3,5 % çox) meyvə və giləmeyvə, 204,7 min ton (1,7 % çox) üzüm, 954,2 ton (15,5 % az) yaşıl çay yarpağı, 153,6 min ton (5,2 % az) şəkər çuğunduru, 199,1 min ton (8,3 % çox) pambıq, 28,5 min ton (10,9 % çox) günəbaxan və 3,7 min ton (35,2 % az) tütün yığılıb.
Oktyabrın sonuna qədər Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3 117 vahid istixana fəaliyyət göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 14 % artaraq 318,2 min ton, xiyarın istehsalı 37,9 % artaraq 25 min ton olub. Təsərrüfatlarda 2023-cü ilin məhsulu üçün müvafiq işlər görülür. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 941,8 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 344,9 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ondan 190,7 min hektarı buğda, 154,1 min hektarı arpa və 0,1 min hektarı çovdar təşkil edir.
Son 1 ildə ölkədə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 % artaraq 470,8 min ton, süd istehsalı 1,6 % artaraq 1 837,6 min ton, yumurta istehsalı 6,7 % artaraq 1 658,6 milyon ədəd, yun istehsalı 2,2 % azalaraq 15,6 min ton, barama istehsalı isə 31,4 % azalaraq 341,4 ton olub.

Xəbərlər     Tarix: 16 noyabr 2022

Oxşar xəbərlər

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri


iqtisadi xeberler rubl mezenne telefonla pul qazanmaq iqtisadiyyat xeberleri biznes xeberleri