Artımdan sonra bu xərc 5 milyard manatı aşacaq - 2,3 MİLYARD ARTIRILIR

Artımdan sonra bu xərc 5 milyard manatı aşacaq - 2,3 MİLYARD ARTIRILIRYenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərcləri 36 milyard 568,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 215,5 milyon manat və ya 9,6 faiz, 2022-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 4 milyard 504,2 milyon manat  və ya 14,0 faiz çoxdur. 
Marja Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi həcmində və ya 22 milyard 39,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 681,7 milyon manat və ya 3,0 faiz az), əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi həcmində və ya 13 milyard 347,0 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard  719,7 milyon manat və ya 38,6 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi həcmində və ya 1 milyard 182,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 177,5 milyon manat və ya 17,7 faiz çox) vəsait yönəldiləcəkdir.
Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 7,7 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,2 faiz-bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 7,9 faiz-bənd azalacaqdır. 
Bütovlükdə əlavə tələb olunan zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:
-    Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2 milyard 260,0 milyon manat.  Artımdan sonra bu xərc 5 milyard 260 milyon manat məbləğində olacaqdır;
-    ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 milyard 70 milyon manat təşkil edəcəkdir.
Digər zəruri xərclər 973,4 milyon manat, o cümlədən:
-    iqtisadi dəstək və digər iqtisadi fəaliyyət (Azərbaycan-Özbəkistan İnvestisiya və Azərbaycan-Qırğız İnkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı və digər tədbirlər üzrə) 347,5 milyon manat;
-    dövlət borcuna xidmətlə bağlı xərclər 177,5 milyon manat;
-    dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işləri 128,0 milyon manat; 
-    beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər (xaricdəki diplomatik və digər nümayəndəliklərdə əməyin ödənişi sistemində aparılan islahatla bağlı xərclər, beynəlxalq yardım və s.) 139,6 milyon manat;
-    dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların büdcədənkənar xərclərinin artırılması 79 milyon manat;
-    bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi və digər zəruri dövlət xərclərin maliyyə təminatı 101,8 milyon manat.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin yerli gəlir və xərcləri 7,7 milyon manat və ya 1,0 faiz artırılaraq müvafiq olaraq 764,7 milyon manat və 777,0 milyon manat məbləğində, yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan  maliyyə yardımı isə (12,3 milyon manat) təsdiq olunmuş səviyyədə nəzərdə tutulur. 
Həmçinin oxu
Dövlət büdcəsinə milyardlar əlavə olunur
Artımdan sonra bu xərc 5 milyard manatı aşacaq - 2,3 MİLYARD ARTIRILIR/ marja.az

Maliyyə     Tarix: 30 may 2023

Oxşar xəbərlər

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler iqtisadiyyat xeberleri dollar kursu bu gunun xeberleri pul qazanmaq