Tam elektrik avtomobillərin idxalı və satışı ƏDV-dən azad olacaq
Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq. Yəni, bu azadolma daha 1 il artırılır.
Marja.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.
Sənədə əsasən, 2026 yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.
Xatırladaq ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 2019-cu ilin yanvar ayının birindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunmuşdur. Məcəllədə edilən növbəti dəyişikliyə əsasən 1 yanvar 2022-ci il tarixindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da əlavə dəyər vergisindən azaddır. Həmçinin, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının, eləcə də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Müddət 2025-ci ilin sonunda başa çatır. Beləliklə, gələn ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da əlavə dəyər vergisinə cəlb olunacaq.
Bununla yanaşı, 2022-ci ilin yanvarından mühərrikin həcmi böyük və istehsal tarixindən çox keçmiş, yəni, mühərrikin həcmi 3000 kubsantimetrdən və istehsal tarixi 3 ildən çox olan nəqliyyat vasitələrinin ətraf mühitə, atmosfer havasına daha çox mənfi təsir göstərdiyi nəzərə alınaraq, bu cür nəqliyyat vasitələrinin idxalına vergi yükü artırılıb.

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
Azərbaycanın strateji valyuta ehtiyatları $91 milyarda yüksəlib
Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir
Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
AMB valyuta bazarındakı vəziyyəti açıqladı – Manat möhkəmlənir
Dünyada ən çox oxunan 5 kitab
Layihə menecmenti nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Dropshipping nədir?
Ev şəraitində pul qazanmağın yolları