Çin dövlət şirkətlərinin xaricdən borclanması qaydalarını çətinləşdirir
Çin dövlət şirkətlərinin xarici borclanmalarını sərtləşdirir.
Biznes.az xəbər verir ki, Çin yerli hökumət borclarına nəzarət kampaniyasını genişləndirərək, bəzi dövlət şirkətlərinin xaricdən borclanması üçün qaydaları sərtləşdirib.
Bloomberg-in məlumatına görə, Milli İnkişaf və İslahat Komissiyası (NDRC) regional dövlət müəssisələrinin əlavə xarici borc kvotası əldə etməsi üçün daha sərt meyarlar tətbiq edib. Şirkətlər artıq gəlirli olduqlarını və istehsal, mədənçilik kimi əsas fəaliyyət sahəsinə malik olduqlarını sübut etməlidirlər.
Bu addım Pekinin artan regional borc risklərini məhdudlaşdırmaq üçün həyata keçirdiyi siyasətin bir hissəsidir. Hakimiyyət indiyədək əsasən yerli hökumətlərin maliyyə alətlərini hədəf alırdısa, artıq maliyyə cəhətdən zəif dövlət şirkətləri də prosesə daxil edilir.
Qaydalara əsasən, Çin şirkətləri xaricdə bir ildən uzunmüddətli borc cəlb etmək üçün NDRC-nin təsdiqini almalıdır. Təsdiqlər fərdi qaydada verilir, mövcud xarici borcların isə yenidən maliyyələşdirilməsinə icazə qalır.
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd