Aşqabadda qiymətlər: Bakı ilə özünüz müqayisə edin - SİYAHI
Türkmənistan paytaxtı dünyanın ən ucuz ictimai nəqliyyatına sahib ölkələridəndir. Belə ki, orada sərnişinlərin ünvana çatdırılması bizim pulla 15-25 qəpik civarında dəyişir.
KONKRET.az xəbər verir ki, Aşqabadda benzinin litri 0.73 AZN-dir. Taksi xidməti 1 km məsafəyə 1.44 AZN yazır. "Toyota Corolla" kimi avtomobilləri 35 min manata almaq olar.
Restoran
1 nəfərlik nahar 30 AZN
2 nəfərlik (spirtli içki ilə) şam yeməyi 75 AZN
Big Mac 17 AZN
Qeyd edim ki, Türkmənistanda bu ilin qiymətlərini təqdim edən bəzi turizm şirkətləri Aşqabbada 1 litr benzinin 0.34 AZN, ictimai nəqliyyatın isə bu qiymətdən iki dəfə ucuz olduğunu paylaşıb.
Yanacaqdan başqa qiymətlərdə isə bahalıqdır. Məsələn, kapuçino 4 AZN, mineral su 1 manat 10 qəpik, yerli pivə 2.40 AZN dəyərindədir.
Levis cinsləri 170 AZN
Zara donları 144 AZN
Nike və Adidas 300 AZN
Bəzi ərzaq məhsulları, istirahət növlərinin də qiyməti Bakıdakından 2-3 manat artıqdır. Amma Türkmənistanda minimum əmək haqqı da Azərbaycandan təxminən iki dəfə çoxdur. Bununla yanaşı, Türkmənistan 2023-ci ildən başlayaraq minimum əmək haqqı və pensiyaları 10 % artıracaq. Yəni:
– Böyük Vətən Müharibəsi iştirakçılarının pensiyası 900 AZN
– Onların həyat yoldaşlarının təqaüdü 270 AZN
– Minimum əmək haqqı 560 AZN
Azərbaycan manatının məzənnəsi türkmən manatından iki dəfə artıqdır.
Anar Rəhimov,
KONKRET.az

Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
SMM nədir?
SMM nə deməkdir?
İnstaqramda biznes qurmağın yolları
Kriptovalyuta nədir və necə alınır?
Startup nədir və necə olur?