Assosiasiya sədri: "Nar ixracı ildə 150-200 milyon dollar pul gətirə bilər"

Assosiasiya sədri: Azərbaycan nar ixracından ildə 150-200 milyon ABŞ dolları gəlir əldə edə bilər.
Bunu "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
"Hazırda ölkədə 23 min hektara yaxın nar bağı var. Biz hər hektardan 20-25 ton məhsul götürsək, onun 10 %-i itkiyə məruz qalsa, daxili bazarı təmin etsək və qalan hissəsini ixrac etsək, ölkəyə 150-200 milyon ABŞ dolları valyuta gətirə bilərik", - deyə o qeyd edib.
Əsas ixrac bazarı yenə də Rusiyadır
Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycan ötən il 31,6 milyon ABŞ dolları dəyərində 23 335 ton nar ixrac edib, bununla yanaşı xarici bazarlarda 542 ton nar konsentratı və 10,7 milyon ABŞ dolları dəyərində 8 214 ton nar şirəsi satıb. Bu məhsullar əsasən Rusiya bazarında realizə edilib.
"Bununla yanaşı, alternativ bazarlar tapmaq üçün İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə biznes forumlarda, ixrac missiyalarında iştirak edirik. Dövlətin yaratdığı imkanlardan istifadə etməyə çalışırıq", - deyə o qeyd edib.
F.Qaraşov əlavə edib ki, bu il işğaldan azad edilmiş ərazilərdə yetişdirilmiş narın ilk dəfə ixracı həyata keçirilib: "Ağdam narı Sinqapura ixrac edilib. Belə ölkələrə ixrac bizim üçün çox maraqlıdır. Fermerlərə nar satmaq, bazarlara müstəqil şəkildə çıxmaq çox çətindir. Azərbaycanda müəyyən ixracatçılar, həmçinin müəyyən işbazlar da var ki, bazardan narı alaraq, özləri ixrac edirlər".
Onun fikrincə, dövlətin nar ixracatçılarına daşımalarda güzəşt etməsi, eləcə də bu sahədə kooperativləşmənin olması vacibdir: "Kooperativləşmə olandan sonra bağlarda vahid idarəetmə, vahid aqrotexniki qulluq prosesi olar, bu halda Avropa İttifaqının (Aİ) tələb etdiyi idxal sertifikatlarını ala və Aİ ölkələrinə nar ixrac edə bilərik. Bu, xüsusilə çox çətindir. Azərbaycanda bir-iki bağda "Qlobal Gap" sertifikatı var. Lakin bağ sahiblərinə Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış nəqliyyat problemlərinə görə ixrac sərf etmir. Ümumiyyətlə, müharibə başlayanda nar ixracında çətinliklərin olacağını bilirdik. Daşıyıcı şirkətlər istiqamətlərini dəyişib, bu da nəqliyyat xərclərini artırıb. Bundan başqa, nəqliyyatdakı problemlər dünyda gübrə və pestisidlərin də qiymətlərinin kəskin artmasına səbəb olub, bu isə nar istehsalının maya dəyərini artırıb".
Nar bağını sökən də var, yeni nar bağı salan da var
F.Qaraşov deyir ki, bu il ölkədə bir neçə nar bağı sökülüb, həmçinin yeni nar bağları salınıb: "Təəssüf ki, bəzi fermerlərin bu sahədən götürdüyü iqtisadi səmərə azdır, bəzi fermerlər ağaclara düzgün aqrotexniki qulluq edə bilmir. Həmçinin su çatışmazlığı problemi var. Son nəticədə nar bağları məhv olur və sökülür.Belə hallar əsasən Mil-Muğan və Aran bölgələrində qeydə alınıb. Amma elə həmin bölgələrdə də yeni bağlar salınıb. Məsələn, Kürdəmirdə 200 hektar ərazidə nar ağacları əkilib".
Assosiasiya Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi ilə birlikdə narçılıqla bağlı "Ağ sənəd" hazırlayıb. Sənəddə narçılıqda mövcud vəziyyət, problemlər və onların həlli istiqamətləri, narçılığın gələcək perspektivdə Azərbaycanda qeyri-neft sektorunun inkişafına xidmət edəcəyi məqamlar qeyd edilib.
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
© Report / marja.az

Maliyyə     Tarix: 11 aprel 2023

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq