Qarabağa dövlət büdcəsindən ayrılan vəsait azaldılır - SƏBƏBİ AÇIQLANIB

Qarabağa dövlət büdcəsindən ayrılan vəsait azaldılır - SƏBƏBİ AÇIQLANIBNövbəti ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün vəsaitin azalma ilə proqnozlaşdırılmasının səbəbi açıqlanıb.
Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi"ndə əksini tapıb.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Qeyd edilib ki, əvvəlki illə müqayisədə növbəti ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün vəsaitin azalma ilə proqnozlaşdırılması, eləcə də layihələr üzrə təhlillər bu xərc üzrə artım istiqamətində düzəlişlərin və ya icra prosesində dövlət büdcəsinin digər xərc istiqamətlərindən qənaətin və digər mənbələrdən vəsaitlərin yönəldilməsi ehtimalının yüksək olduğu qənaətinə gəlməyə imkan verir.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2026-cı ildə 3 milyard 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 500 milyon manat və ya 12,5% azdır. 2026-cı ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün əvvəlki ilə nisbətən azalma ilə vəsaitin nəzərdə tutulması "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına digər mənbələrdən də vəsaitlərin cəlb edilməsini şərtləndirir.
2025-ci ilin ilk 8 ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə müvafiq sifarişlər əsasında 2 milyard 746,9 milyon manat icra edilib ki, bu da həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 68,7%-nə bərabərdir. Həmin göstərici əvvəlki illərdə 71,5% (2023) və 60,4% (2024) olub və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin yüksək faizlə icra edilməsi davam edib. Bu da dövlət büdcəsi xərclərinin 2025-ci ilin rüblük və aylar üzrə bölgüsünə əsasən 2025-ci ilin ilk 8 ayı ərzində icra edilmiş vəsaitə nisbətən 11,4 faiz bəndi çoxdur.
Qeyd edilib ki, Hesablama Palatası tərəfindən aparılan auditlər və təhlillər ilə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində genişmiqyaslı işlərin görülməsi ilə yanaşı, eyni məzmunlu və tipli layihələrdə ehtimal qiymətlərinin uyğunlaşdırılması, layihələrin maliyyələşdirilməsinə qeyri-büdcə təşkilatlarının vəsaitlərinin də cəlb edilməsi, büdcə yükünün azaldılması və vəsaitin istifadəsində qənaətlilik prinsipinin gözlənilməsi məsələsində optimallaşdırmanın zəruri olduğu qənaətinə gəlinib. Eləcə də əvvəlki və cari ilin büdcə icrası prosesində müvafiq istiqamətdə xərclərə dəyişikliklərin edilməsi təcrübəsi və büdcə-vergi siyasətinin istiqamətləri ilə bağlı məlumatlar növbəti ildə də müvafiq məsələnin aktuallığını göstərir.
Cari ilin ilk 8 ayında yüksək icra fonunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ildə 12 sifarişçi üzrə 55 layihənin maliyyələşməsinə nəzərdə tutulmuş 214,6 milyon manat vəsaitdən hesabat dövründə ümumiyyətlə maliyyələşmə aparılmaması əvvəlki illərdə olduğu kimi keçid layihələrin artması ilə yanaşı, ilin sonunda qalıq vəsaitin yaranacağını, eləcə də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasının uzadılmasını şərtləndirir.
Hesablama Palatasının apardığı auditlərin töhfələri də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə dövlət vəsaitində qənaətlilik baxımından tikinti layihələrinin əksəriyyətinin dəqiqləşdirilməsi, layihələrin vaxtında icrasına istiqamətlənmiş hədəf ümumilikdə bu sahədə müvafiq irəliləyişlərin olduğunu deməyə imkan verir. / marja.az

Maliyyə     Tarix: 04 noyabr 2025

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun