"Aston Martin" S. Ərəbistanın investisiya fonundan $772 mln. cəlb edib
Böyük Britaniyanın lüks idman avtomobil istehsalçısı "Aston Martin" borcunu ödəmək və gələcək məhsullarını inkişaf etdirmək üçün Səudiyyə Ərəbistanın investisiya fonundan 772 milyon dollar cəlb edib.
Banker.az bu barədə "İnc.ru"ya istinadən xəbər verir.
Bildirilir ki, avtomobil istehsalçısı Səudiyyə Dövlət İnvestisiya Fondunun xeyrinə 23.3 milyon yeni səhm buraxacaq. "Aston Martin"in ən böyük səhmdarı 18.7% paya sahib olan kanadalı milyarder Lourens Strollun "Yew Tree Consortium" investisiya fondudur.
İdarə Heyətinin sədri Lourens Stroll qeyd edib ki, yığılan vəsaitin yarısı borcların ödənilməsinə sərf olunacaq, ikincisi hissəsi isə qeyri-sabit iqtisadi vəziyyət şəraitində "yastıq" rolunu oynayacaq.
Xəbərlər əsnasında "Aston Martin"in səhmləri 28% artıb ki, bu da 2020-ci ilin may ayından bəri ən böyük sıçrayış olub.
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə