At ölüb, itin bayramıdır: İtaliyasız DÇ-nin qalibi yenə Fransa olacaq? - TƏHLİL

At ölüb, itin bayramıdır: İtaliyasız DÇ-nin qalibi yenə Fransa olacaq? - TƏHLİL2018-ci ilki futbol üzrə Rusiyada keçirilən mundial İtaliyasız baş tutdu. Düzü, Perm şəhərindəydim, həm turnirdə İtaliya olmadığı üçün izləmədim. Hazırkı çempionatın da dadı-duzu yoxdur, hansısa rəng çatışmır. 4 dəfə dünya çempionu, iki dəfə ikinci, 1 dəfə üç və dördüncüsü olmuş, iki dəfə Avropa kubokunu başı üzərinə qaldırmış yığmanın Rusiya, ardınca Qətərdəki dünya birinciliyinə qatıla bilməməsi şübhəlidir.
KONKRET.az araşdırmalarına görə, İtaliyanın mundiallardan uzaq saxlanılması komandanın seçmə mərhələlərdəki uğursuz oyunu, yaxud zəifliyi deyil.
Necə olur ki, 2018-ci ildə DÇ-yə qatıla bilməyən yığma, 2020-ci ildə Avropa çempionu olur? Özü də Londondakı "Uembli" stadionunda İngiltərəni məğlub etməklə! Necə olur ki, Avropa kubokunun son sahibi dünya çempionatına qatıla bilmir, amma dünya çempionatında avropalılar qan eləyir? Yəni bu suallara veriləcək bütün cavablar bəhanə xarakterlidir və təzadla doludur. Çünki heyət zəifliyi yalandır, məşqçi həmin məşqçidir, oyun stili qrupdan çıxıb kimisə orada saxlamaq üçün qənaətbəxşdir. Bəlkə də elə bundan qorxurlar. Qətərin qrupdan çıxanlarına baxanda bu təlaş təsdiqlənir:
– Niderland, Seneqal, İngiltərə, ABŞ, Argentina, Polşa, Fransa, Avstraliya, Yaponiya, İspaniya, Mərakeş, Xorvatiya;
– Braziliya və Portuqaliya da qrupdan çıxıb, sadəcə ikinci yerlərin müəyyənləşdirilməsi qalıb. Braziliyanın qrupunda İsveçrənin, Portuqaliyanın qrupunda isə Qananın şansları çoxdur;
Qətər attestatına əsas favoritlərdən sayılan Almaniya ilə Belçika isə sinifdə qalıb.
İngiltərə-Fransa mübarizəsinə Messi Argentinasının şərik ola biləcəyi inandırıcı deyil. Çünki bu komanda yüngül pressinqlə rastlaşan kimi qapısında top görür. Hücum taktikaları da oyunçuların fərdi keyfiyyətlərinə ümidlidir.
Niderland amerikalıları keçsə, İtaliyanın torbasını tikənlərə başağrı ola biləcək.
Mərakeş, Yaponiya və Avstraliya kimi ölkələr keçid işarəsidir. Ona görə də yarımfinala çatmaqları gözlənilmir.
Polşa zəif təsir bağışlayır, Xorvatiyanın növbəti dəfə finala çıxması utopiyadır.
Braziliya 1998-dəki kimi yenə xarici borclarının bir qismini bağlamaq istəsə, Fransanın şansı artır.
Sadəcə, bu maliyyəni İngiltərə də ayırmaq iqtidarında olduğu üçün fransızların ard-arda ikinci çempionluğu sual altındadır.
Portuqaliyanı da unutmaq olmaz.
Anar Rəhimov,
KONKRET.az

Xəbərlər     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi


iqtisadi xeberler bitkoin valyuta xeberleri bitkoin qiymeti rubl mezenne