Ata övladının sünnət toyunda bacısı oğlu tərəfindən DÖYÜLDÜ

Ata övladının sünnət toyunda bacısı oğlu tərəfindən DÖYÜLDÜGəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sənan Əliyevə (bütün soyadlar şərtidir) hökm oxunub.
KONKRET.az "Unikal"a istinadən xəbər verir ki, o, 2021-ci ilin 25 dekabr tarixində dayısı Ramazan Quliyevin oğlu Eltaca təşkil etdiyi sünnət toyuna gedib. S.Əliyev orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə dayısının evində daxil olub və orada anası Sərmayə Əliyevanın xalasının telefonu ilə kiminləsə danışdığını görüb. Buna görə o, anası və xalası Hekayətlə mübahisə edib.
Daha sonra isə mübahisəyə dayısı Ramazan qarışıb. O, bacısı oğlu S.Əliyevə anasına və xalasına acıqlanmasından etirazını bildirib. Onlar arasında mübahisə dava ilə nəticələnib. Belə ki, S.Əliyev dayısına sillə vuraraq yerə yıxıb. Daha sonra davaya digər qonaqlar qarışıb. Kənd sakini Həmid Səmədov S.Əliyevi yumruqla vurub. S.Əliyev isə stolun üzərində olan bıçağı götürüb və Həmidə bıçaqla xəsarət yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Cinayət Məcəlləsinin 126.2.2-ci və 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbərlər     Tarix: 15 avqust 2022

Oxşar xəbərlər

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi


iqtisadi xeberler birbank bitcoin depozit faizleri en son xeberler