Avro daha da bahalaşa bilər
Ötən həftə ABŞ-da inflyasiya göstəriciləri gözləntilərin altında qaldıqdan sonra dollar indeksində və istiqraz gəlirlərində sürətli geriləmə müşahidə olunub.
EUR/USD son üç ayın ən yüksək səviyyəsinə çatıb. Bu gün dollar indikatoru 107-nin altında qərarlaşarkən, ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi də 4%-in altına düşüb. Təhlillərə səasən dollar indeksi üzərində təzyiqlər artmaqda davam edərsə, EUR/USD məzənnəsi 1.05 hədlərinə kimi bahalaşa bilər.
Bu gün Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə açıqlanacaq əmək bazarı, saat 14:00-da Avrozonada dərc olunacaq ÜDM, həmçinin 17:30-da Amerikadan gələcək İstehsal Qiymətləri İndeksi kimi önəmli iqtisadi gödtəricilər investorların diqqət mərkəzində olacaq.
Ucuzlaşan dollar fonunda qızıl 1770$-ın üzərinə yüksəlib. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri, 1773$ həddinin üzərində möhkəmlənə bilsə, 1790$-a kimi bahalaşa bilər.
"OPEC"-in noyabr ayı üzrə aylıq "Neft Bazarı Hesabatı"na əsasən 2022-ci ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozlar sutkada 0.1 milyon barel azaldılaraq 2.5 milyon barelə endirilib. "OPEC" həmçinin 2023-cü il üçün olan neftə tələbat artımı proqnozunu da sutkada 0.1 milyon barel azaldaraq 2.2 milyon barelə endirib. Nəticədə Beynəlxalq enerji birjalarında neftin qiymətləri yenidən 94$-a kimi ucuzlaşıb. Hazırda 93.84$-dan təklif olunan "Brent" markalı neftin bir barel üzrə qiyməti 91.60$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab