Avropa anbarlarında qaz ehtiyatı 95 milyard kubmetri ötüb

Avropa anbarlarında qaz ehtiyatı 95 milyard kubmetri ötübAvropanın maksimum tutumu təxminən 108 milyard kubmetr olan yeraltı qaz anbarlarda mavi yanacaq ehtiyatları 95 milyard kubmetri ötüb.
Bu barədə "Gas Infrastructure Europe" assosiasiyasının məlumatında deyilir.
Sentyabrın 28-nə olan məlumata görə, Avropa anbarlarında qaz ehtiyatları 88.25 faizə qədər yüksəlib ki, bu da son beş ildə analoji dövr üçün orta göstəricidən 2.08 faiz çoxdur. Hazırda maksimal tutumu 107.7 milyard kubmetrə çatan yeraltı anbarlara 95.1 milyard kubmetr qaz vurulub.
Bundan öncə Avropa İttifaqı ölkələri qarşıdakı qış mövsümünə qədər qaz anbarlarını ən azı 80 faiz, sonrakı bütün qış mövsümləri üçün isə 90 faizədək doldurmağı öhdələrinə götürmüşdülər.
Portuqaliyada qaz anbarları 100 faiz doldurulub. Polşada bu göstərici 98.08 faiz, Fransada 96.68 faiz, Danimarkada 94.99 faiz, İsveçdə 92.93 faiz, Belçikada 91.55 faiz, Almaniyada 91.28 faiz, Niderlandda 90.66 faiz, İtaliyada 90.25 faiz, İspaniyada 89.74 faiz, Slovakiyada 87.14 faiz, Çexiyada isə 85.7 faizdir. Ən aşağı göstəriciyə malik beş Avropa ölkəsinə isə Rumıniya (84.99 faiz), Avstriya (78.51 faiz), Bolqarıstan (74.45 faiz), Macarıstan (72.91 faiz) və Latviya (52.79 faiz) aiddir.
Avropanın qaz anbarları hazırda yüksək qiymətlər hesabına doldurulur. Bu, əsasən maye qaz alınması və Rusiyadan alternativ boru kəmərləri ilə tədarük hesabına həyata keçirilir. Sentyabrın əvvəlindən bəri mavi yanacağın orta qiyməti 2 min 100 dollar ətrafında dəyişir.
Bununla yanaşı, qaz tədarükünü artırmaq üçün mövcud olan əsas imkanların sıradan çıxması da Avropanı çətin vəziyyətə salıb. Sentyabrın 26-da "Şimal axını-1" və "Şimal axını-2" kəmərlərində baş verən partlayış nəticəsində dağılan boruların nə vaxt bərpa olunacağı bilinmir. / banker.az

Xəbərlər     Tarix: 30 sentyabr 2022

Oxşar xəbərlər

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler dollar kursu emlak xeberleri biznes krediti biznes xeberleri