Avropa anbarlarında qaz ehtiyatları 70%-dən aşağı düşüb

Avropa anbarlarında qaz ehtiyatları 70%-dən aşağı düşübHavaların isti keçməsi Avropaya yanacağa qənaət etməyə imkan yaradıb. Buna baxmayaraq, yeraltı anbarlarda qaz ehtiyatlarının səviyyəsi 70 faizdən aşağı düşüb.
"Gas Infrastructure Europe" assosiasiyasına istinadla xəbər verir ki, hazırda Avropanın qaz anbarları 69,14 faiz doludur. Qaz ehtiyatları 2020-ci və 2023-cü ilin eyni dövrü ilə müqayisədə az olsa da, son beş ilin analoji dövrlərində qeydə alınan orta göstəricidən 14 faiz çoxdur.
2024-cü ilin yanvar ayı ilkin proqnozlardan daha isti keçib, lakin orta temperatur əvvəlki ilə nisbətən 2 dərəcə aşağı olub. Fevral ayı üçün hava proqnozu temperaturun iqlim normasından bir dərəcə yüksək olacağını göstərir.
Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın fevral fyuçersinin qiyməti hazırda 321 dollardır. Avropada külək generasiyası fevralın əvvəlindən regionun elektrik enerjisinə olan tələbatının orta hesabla 25 faizini təmin edib. Ötən ilin analoji dövründə bu göstərici 16 faiz, 2024-cü ilin yanvar ayında isə 22 faiz olub.
Qeyd edək ki, Avropada təbii qaz ehtiyatlarının səviyyəsi qlobal bazar üçün əsas göstəricilərdən biridir. / banker.az

Xəbərlər     Tarix: 05 fevral 2024

Oxşar xəbərlər

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB


iqtisadi xeberler telefonla pul qazanmaq iqtisadiyyat xeberleri bitcoin en son xeberler