Avropa Komissiyası Rusiya qazına qiymət məhdudiyyəti təklif edir
Avropa Komissiyası ittifaqa üzv ölkələri enerji istehlakının azalması istiqamətində tədbirlər görməyə, həmçinin boru kəməri ilə nəql olunan təbii qazın və tankerlər vasitəsilə çatdırılan maye qazın idxalı üçün qiymət tavanı müəyyən etməyə çağırıb.
Bu barədə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ Nazirlər Şurasının bu ay artıq ikinci dəfə keçirilən fövqəladə iclası ərəfəsində deyib.
"Bu gün enerji böhranına cavab vermək üçün daha bir zəruri addım atacağıq. Etibarsız təchizatçı sayılan Rusiyaya etibar etdiyimiz digər tərəfdaşlarımız kimi yanaşa bilmərik. Odur ki, Moskvaya qaz həcmi ilə manipulyasiya etməyə imkan verən stimulları aradan qaldırmalıyıq. Biz Rusiya qazı üçün qiymət limiti təyin etməliyik", – deyə Avropa komissarı bildirib.
Onun sözlərinə görə, enerji daşıyıcılarının qiymət artımı probleminin həlli ilə bağlı ittifaqa üzv ölkələrin təkliflərinə bu gün baxılacaq. Eyni zamanda, Avropa Komissiyası ziddiyyətlərdən yayınmaq məqsədilə bütün ölkələr üçün məqbul sayılacaq həll yolları axtarır.
Avropa İttifaqı Ukrayna ilə həmrəylik nümayiş etdirərək Kiyevə siyasi, iqtisadi, maliyyə, humanitar və hərbi yardımlar göstərməyə başlayıb. Rusiya isə öz növbəsində buna cavab olaraq Avropa İttifaqına qaz tədarükünü dayandıraraq ondan siyasi alət kimi istifadə etməyə çalışır. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
IBAN nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Evdə biznes qurmağın yolları
Françayzinq nədir və necə olur?