"Avropa Mərkəzi Bankı iyul ayında faiz dərəcələrini azaltmağa başlayacaq"
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar hesab edirlər ki, Avropa Mərkəzi Bankının (AMB, ECB) inflyasiya ilə mübarizəsi 6 ay ərzində başa çata bilər. Bankın rəsmiləri iyulda faiz dərəcələrinə azaltmağa başlayacaq.
Marja.az xəbər verir ki, Agentlik keçirdiyi sorğuya istinadən məlumat yayıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Sorğuda iştirak edən iqtisadçıların fikrincə, faiz dərəcəsi üç mərhələdə hazırkı 2 faiz səviyyəsindən 3,25 faiz səviyyəsinə çatdırılacaq. Sorğuya görə, fevral və mart iclaslarında 2,5 bəndlik artım, ardınca isə may və ya iyun aylarında 0,25 bəndlik artım olacaq. Sonra analitiklərin orta proqnozu III rübün əvvəlində uçot dərəcəsinin 3%-ə enməsini nəzərdə tutur.
Bununla belə, Bloomberg-ə görə, ECB rəsmilərinin əksəriyyəti zirvəyə çatdıqdan sonra faizlərin bir müddət eyni səviyyədə qalacağına inanır.
Bundan əvvəl Finlandiya Bankının rəhbəri, ECB Rəhbərlər Şurasının üzvü Olli Ren bildirmişdi ki, bank inflyasiyanın qarşısını almaq üçün 2023-cü ildə əsas faiz dərəcələrini əhəmiyyətli dərəcədə artırmalı olacaq.
Ötən ilin dekabrında Avropa Mərkəzi Bankı Avrozonada orta illik inflyasiyanın 2022-ci ildə 8,4%-ə çatacağını, sonra isə 2023-cü ildə 6,3%-ə düşəcəyini bildirmişdi. Daha sonra inflyasiyanın 2024-cü ildə orta hesabla 3,4%, 2025-ci ildə 2,3% olacağı proqnozlaşdırılır.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları