Avropada qazın qiyməti yenidən artmağa başlayıb

Avropada qazın qiyməti yenidən artmağa başlayıbAvropa İttifaqının yeni sanksiyaları səbəbindən "Türkiyə axını" qaz kəmərinin operatoru – "South Stream Transport B.V." kompaniyasının ixrac lisenziyasının ləğvi barədə xəbərlər fonunda Avropada qazın qiyməti yenidən artmağa başlayıb.
Avropada sentyabrın 30-da keçirilən hərracın gedişində mavi yanacağın min kubmetrinin qiyməti 10 faizdən çox bahalaşaraq 2 min 100 dollara yaxınlaşıb. Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın noyabr fyuçersinin qiyməti 2 min 87 dollardır.
Bir müddət öncə "Türk axını" kəmərinin operatoru Avropa İttifaqının yeni sanksiyaları səbəbindən ixrac lisenziyasının vaxtından əvvəl ləğv edildiyi barədə məlumat yayıb. Eyni zamanda, yeni sanksiyalar bu qaz kəməri ilə Türkiyəyə və Avropa ölkələrinə yanacaq nəqlini məhdudlaşdırmır və kompaniya lisenziyanın yenilənməsi üçün müvafiq orqanlara müraciət edib. Lisenziyanın ləğvinə dair rəsmi bildiriş Hollandiya hakimiyyəti tərəfindən Rusiyada, o cümlədən onun iqtisadi zonasında və kontinental şelfində istifadə olunacaq məhsulların tədarükünün, texniki yardım və xidmət göstərilməsinin qadağan edilməsi ilə bağlı göndərilib.
2020-ci ilin yanvar ayında istismara verilən və ümumi tutumu 31.5 milyard kubmetrə çatan "Türk axını" ixrac boru kəməri iki xətdən ibarətdir. Onlardan biri Türkiyəni, digəri isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin etmək üçün nəzərdə tutulub. / banker.az

Xəbərlər     Tarix: 30 sentyabr 2022

Oxşar xəbərlər

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti yeni təyyarələr alır

Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən "Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı "Airbus" ilə iki əlavə "A350F" yük təyyarəsi alış

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Airbus Dubay Hava Sərgisində flydubai-dən böyük sifariş almağa hazırlaşır

Airbus Dubay Airshow-da flydubai-dən əhəmiyyətli bir təyyarə sifarişində əsas payı təmin etməklə, ilk dəfə olaraq sürətlə böyüyən büdcə aviaşirkəti rəqibi Boeing-in üstünlüyünü qırmağa hazırlaşır. xəbər verir ki, Avropal

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Fed İdarə Heyətinin keçmiş üzvü Kuqlerin qaydaları pozduğu meydana çıxıb

Keçmiş FED İdarə Heyətinin üzvü Adriana Kuqlerin bu yay qəfil istefa verməsindən sonra onun FED-in etik qaydalarını pozan çoxsaylı maliyyə əməliyyatları etdiyi üzə çıxıb. xəbər verir ki, hökumət sənədlərinə əsasən, məsəl

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə


iqtisadi xeberler dollar manat kursu 1000 manatla biznes dollar məzənnəsi bu gunun xeberleri