Avrora Qrup I Voleybol Çempionatı - BAŞA ÇATIB - FOTO - VİDEO

Avrora Qrup I Voleybol Çempionatı - BAŞA ÇATIB - FOTO - VİDEOAvrora Qrup "Birlik və bağlılıq" dəyərindən yola çıxaraq, əməkdaşlarının vaxtının səmərəli keçirilməsi və birliyin daha da möhkəmləndirilməsi üçün voleybol çempionatı təşkil edib.
FED.az xəbər verir ki, şirkət Azərbaycanda voleybolun inkişafı, təbliğ olunması, həm də öz əməkdaşlarının birliyinin, bağlılığının, sağlamlığının və vaxtlarının səmərəli keçirməsi üçün bu kimi aktivliklərin təşkilinə önəm verir. Çempionatın devizi "Sağlam bədəndə Sağlam ruh olar. Sağlam ruhlu insanlar sağlam komandalar formalaşdırır" olaraq seçilib.
Üç ay müddətində davam edən çempionata 8 direktorluq üzrə 16 komanda qatılıb. Məlumat üçün bildirək ki, qrup oyunları Ramada otelin ərzisində keçirilib.
I Avrora Voleybol Çempionatının final mərhələsi gərgin, amma bir o qədər də maraqlı və yaddaqalan oyunlarla yekunlaşıb. Belə ki, Su İdman Sarayında keçirilən final oyunlarında "Key Account" və "Bizon Exclusive" birincilik uğrunda gərgin mübarizə aparıb. Maraqlı keçən oyunda "Bizon Exclusive" komandası 3-0 hesabı ilə qalibiyyəti rəsmiləşdirib. Üçüncülük uğrunda növbəti maraqlı oyun isə "İnzibati" və "Logistika" voleybol komandası arasında baş tutub. Qarşılaşma 3-0 hesabı ilə "Logistika" komandasının qalibiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, qalib komandalara pul mükafatları, medal və kuboklar təqdim edilib. Ümumilikdə çempionatın büdcəsi 40 000 manat təşkil edib.
Avrora Qrup I Voleybol Çempionatı - BAŞA ÇATIB - FOTO - VİDEOAvrora Qrup I Voleybol Çempionatı - BAŞA ÇATIB - FOTO - VİDEOAvrora Qrup I Voleybol Çempionatı - BAŞA ÇATIB - FOTO - VİDEO

Biznes     Tarix: 23 sentyabr 2022

Oxşar xəbərlər

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c


iqtisadi xeberler kicik biznes rubl mezenne 1000 manatla biznes pul qazanmaq