Avstraliyada aborigen senator II Elizabeti "müstəmləkəçi kraliça" adlandırıb

Avstraliyada aborigen senator II Elizabeti Avstraliyada aborigen senator Lidiya Torp parlamentdəki andiçmə mərasimində gündəm yaradıb. Torp and içərkən II Elizabeti "müstəmləkəçi kraliça" adlandırıb.
Banker.az xəbər verir ki, yerli mətbuatdakı xəbərlərə görə, Torp Avstraliya parlamentində keçirilən andiçmə mərasiminə sağ əlini havaya qaldıraraq gəlib.
Torp and mətnində "Kraliça II Elizabetə sədaqət və bağlılıq göstərəcəyimə and içirəm" ifadəsinin qarşısında "müstəmləkəçi" sözünü işlədib. Ona Nümayəndələr Palatasının spikeri Sue Lines tərəfindən xəbərdarlıq edilib. Bundan sonra senator ikinci cəhdində andın mətnini kağız üzərində olduğu kimi oxuyub.
Qeyd edək ki, 2017-ci ildə arxeoloqlar aborigenlərin Avstraliyaya ilk dəfə 65 000 il əvvəl gəldiyini göstərən arxeoloji məlumatlar əldə ediblər. Avstraliyanın şimalındakı Madhjedbebe qayalıq sahəsində apardıqları qazıntılar zamanı tapdıqları əl işi əşyalar üzərində işləyən tədqiqatçılar, bunların ən az 65 000 illik olduğunu bildiriblər. Əvvəllər isə aborigenlərin bu torpaqlara 47 000 il əvvəl gəldiyi deyilirdi.
26 yanvar 1788-ci ildə ilk İngilis donanmasının qitəyə enişindən sonra yerli xalqa qarşı böyük qırğınlar və mədəni soyqırımlar olduğunu iddia edən aborigenlər bu tarixi "İşğal günü" elan ediblər. Onlar bu tarixin "Avstraliya Günü" kimi qeyd edilməsinə qarşı çıxırlar. Avstraliyada aborigenlər yetkin əhalinin 2%-ini təşkil edir.

Xəbərlər     Tarix: 02 avqust 2022

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə


iqtisadi xeberler bu gunun xeberleri emlak xeberleri investisiya dollar manat kursu