AYİB Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu açıqlayıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanda iqtisadi artımı 4,5%, orta illik inflyasiyanı 12,2% səviyyəsində proqnozlaşdırır.
Bu barədə bankın "Transition Report 2022-23" hesabatında bildirilib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
AYİB 2023-cü il üçün Azərbaycanda ÜDM-in artımını 2,5% səviyyəsində proqnozlaşdırır.
"Enerji daşıyıcılarının yüksək qiymətləri və Azərbaycan qazına tələbat qısamüddətli perspektivdə yüksək olaraq qalacaq ki, bu da ümumi iqtisadi vəziyyəti dəstəkləyəcək. Beləliklə, biz 2022-ci ildə ÜDM-in 4,5% artacağını, 2023-cü ildə 2,5%-dək azalacağını gözləyirik. İqtisadiyyat üçün əsas risklər inflyasiya, enerji daşıyıcılarının ucuzlaşması və iqtisadiyyatda struktur çatışmazlıqları ilə bağlıdır. Lakin Azərbaycan yaxın illərdə qaz sənayesinə əlavə investisiyalardan faydalana bilər, çünki Avropa İttifaqı Rusiya qazından imtina edərək tədarükü şaxələndirməyə çalışır", - deyə hesabatda qeyd olunur.
Telegramda Marja.az səhifəsinə abunə olun
9 APA

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
1000 manatla hansı biznesi qurmaq olar?
Ev şəraitində pul qazanmağın yolları
ƏDV geri al və onun üstünlükləri
Necə Bitcoin almaq olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt