Azərbaycan 84 ölkəyə məhsullar satıb, 149 ölkədən məhsullar alıb

Azərbaycan 84 ölkəyə məhsullar satıb, 149 ölkədən məhsullar alıb2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 84 ölkəyə məhsul ixrac olunmuş, 149 ölkədən idxal olunmuşdur. 
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 8 milyard 370,7 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 5 milyard 719,7 milyon dollarını və ya 68,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 651,0 milyon dollarını (31,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3 milyard 68,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,7 faiz, real ifadədə 4,5 faiz, o cümlədən idxal 10,9 faiz, ixrac isə 2,4 faiz artmışdır.
2023-cü ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 36,6 faiz, real ifadədə 32,3 faiz artaraq 651,4 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 19,5 faizi İtaliya, 12,5 faizi Türkiyə, 10,6 faizi Rusiya, 5,6 faizi Çin, 5,3 faizi Almaniya, 4,7 faizi İsrail, 4,0 faizi İspaniya, 3,8 faizi Rumıniya, 3,6 faizi Fransa, 3,4 faizi Hindistan, 2,5 faizi Çexiya, 2,4 faizi Gürcüstan, 2,0 faizi Yunanıstan, hər biri 1,5 faiz olmaqla Avstriya, Türkmənistan və Vyetnam, hər biri 1,4 faiz olmaqla İndoneziya, Qazaxıstan və İrlandiya, 11,4 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 29,3 faizini İtaliyaya, 12,3 faizini Türkiyəyə, 7,3 faizini İsrailə, 6,1 faizini İspaniyaya, hər biri 5,6 faiz olmaqla Almaniya və Rumıniyaya, 4,5 faizini Hindistana, 4,3 faizini Rusiyaya, 3,6 faizini Çexiyaya, 3,5 faizini Gürcüstana, 3,1 faizini Yunanıstana, hər biri 2,1 faiz olmaqla Avstriya və İrlandiyaya, hər biri 1,9 faiz olmaqla İndoneziya və Vyetnama, 1,4 faizini Portuqaliyaya, 1,2 faizini Fransaya, 0,5 faizini Çinə, 3,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (42,0 faiz), Rusiyaya (21,1 faiz), Gürcüstana (9,9 faiz), Qazaxıstana (3,0 faiz), İsveçrəyə (2,9 faiz), Ukraynaya (2,8 faiz), Türkmənistana (2,4 faiz), Rumıniyaya (1,5 faiz), İtaliyaya (1,4 faiz), Niderlanda (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. 
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 21,3 faizi Rusiya, 14,3 faizi Çin, 12,9 faizi Türkiyə, 7,7 faizi Fransa, 4,7 faizi Almaniya, 3,4 faizi Türkmənistan, 3,1 faizi İran, 3,0 faizi Qazaxıstan, 2,9 faizi ABŞ, 2,8 faizi İtaliya, hər biri 1,9 faiz olmaqla Koreya və Yaponiya, 1,6 faizi Belarus, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq və Ukrayna, 1,4 faizi Hindistan, 0,9 faizi Polşa, 0,8 faizi Braziliya, 12,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür. 
2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 59,2 faiz, meyvə və tərəvəz şirələri – 98,6 faiz, meyvə və tərəvəz konservləri – 2,0 dəfə, çay – 13,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,4 dəfə, polipropilen – 2,0 dəfə, polietilen – 3,6 faiz, emal olunmamış alüminium – 18,2 faiz mineral gübrələr – 23,9 faiz, qara metallardan borular – 6,6 faiz, sement klinkerləri – 14,5 faiz artmış, təzə meyvə ixracı isə 6,8 faiz, təzə tərəvəz – 13,5 faiz, tütün – 45,0 faiz, bitki yağları – 72,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 57,1 faiz, kartof – 48,3 faiz, pambıq lifi – 45,2 faiz, pambıq ipliyi – 11,9 faiz, bentonit gili – 26,8 faiz, qara metallardan çubuqlar – 52,7 faiz azalmışdır. 
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2023-cü ilin yanvar-fevral aylarında buğda idxalı 78,0 faiz, şokolad və şokolad məhsulları – 22,6 faiz, unlu qənnadı məmulatları – 2,3 faiz, çay – 10,1 faiz, quş əti və onun əlavə məhsulları – 2,8 faiz, minik avtomobilləri – 25,3 faiz, dərman vasitələri – 26,4 faiz, polad prokatı – 70,9 faiz, qara metallardan borular – 21,2 faiz, rezin şinlər – 30,0 faiz, sintetik yuyucu vasitələr – 19,1 faiz, yük avtomobilləri – 30,4 faiz, polietilen – 45,8 faiz, qara metallardan çubuqlar – 13,2 faiz, mebellər – 7,3 faiz, mineral gübrələr – 60,2 faiz, paltaryuyan maşınlar – 52,1 faiz artmış, təzə meyvə idxalı isə 10,4 faiz, xam şəkər – 27,5 faiz, bitki yağları – 55,8 faiz, kartof – 21,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 35,4 faiz, təzə tərəvəz – 22,3 faiz, mal əti – 13,2 faiz, siqaretlər – 46,2 faiz, hesablama maşınları, blok və qurğuları – 16,5 faiz, qara metallardan künclüklər – 14,1 faiz, polipropilen – 9,1 faiz, məişət kondisionerləri – 64,2 faiz, avtobuslar – 66,7 faiz, məişət soyuducuları – 36,9 faiz, sement – 5,1 faiz azalmışdır. / marja.az

Maliyyə     Tarix: 14 aprel 2023

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Şəkər ixracı 4 dəfədən çox artıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 57 min 869,17 ton şəkər ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 13 min 667,64 ton təşkil etmişdi. Beləliklə, şəkər ixracının həcmi illik müqayisədə 44 min 201,5

Sement ixracı azalıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 220 min 57,54 ton sement (hazır və ya klinker formasında) ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 262 min 21,59 ton təşkil etmişdi. Beləliklə, sement ixracını

"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb

BOTAŞ (Boru Xətləri ilə Neft Daşıma AŞ) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə təbii qaz təchizatına dair müqavilə imzalayıb. Türkiyəni

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAz İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 11–15 may 2026-cı il tarixləri qlobal maliyyə bazarları üçün həm makroiqtisad

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn


iqtisadi xeberler valyuta xeberleri dollar manat kursu leobank kart internetden pul qazanmaq