Azərbaycan Dəmir Yollarının uzunmüddətli borcları 1.8 mlrd. manata yaxındır
Azərbaycanda dəmir yollarının yeganə operatoru olan dövlət şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) öhdəlikləri artıq 2 mlrd. 750.91 mln. manata düşüb.
Banker.az bu barədə ADY-nin 2021-ci il üzrə illik audit hesabatına istinad edir.
Hesabatda göstərilir ki, ADY-nin öhdəliklərinin 1 mlrd. 806.49 mln. manatı uzunmüddətli, o cümlədən 1 mlrd. 784.95 mln. manatı (2020: 2 mlrd. 017.98 mln.) borc öhdəlikləri təşkil edir.
Audit hesabatında dövlət şirkətinin borclarının strukturu hansı valyuta olduğu açıqlanmır. Çünki hesabat üç səhifədən: balans, mənfəət/zərər və kapital dəyişmələrindən ibarətdir. Digər dövlət şirkətləri adətən hesabatlarını açıqlayanda öhdəlikləri barədə detallı məlumatlara yer ayırır.
Xatırladaq ki, ADY Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib və nəqliyyat sektoru üzrə 6 ən iri şirkətindən biridir.


Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə