Azərbaycan ən çox buğda istehlak edən ölkələrdəndir - SİYAHI

Azərbaycan ən çox buğda istehlak edən ölkələrdəndir - SİYAHIRusiyanın Ukraynaya təcavüzündən sonra ərzaq təhlükəsizliyi, xüsusilə də buğda dünyanın gündəmində birinci yerdədir. Dünyanın əsas taxıl istehsalçılarından biri olan Ukraynanın işğalı qiymətlərin sürətlə artmasına səbəb olub. Bir çox ölkədə aclıq xəbərdarlığı edilərkən, Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətində Türkiyənin vasitəçiliyi ilə taxıl məhsullarının daşınması ilə bağlı müqavilənin imzalanması taxıl yüklü gəmilərin yenidən limanları tərk etməsinə şərait yaradıb.
KONKRET.az xəbər verir ki, belə vəziyyətdə maraqlı statistika aparılıb. Dünyada əhalinin sayına görə ən çox buğdanı hansı ölkələr istehlak edir?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2019-cu il məlumatına görə, Azərbaycan dünyada buğda istehlakına görə, 4-cü yerdədir. FAO-nun 2019-cu il məlumatlarına görə, Tunis dünyada ən çox buğda və buğda məhsulu istehlak edən ölkədir. Bu ölkədə adambaşına ildə 199 kq buğda istehlak edilir. Türkmənistan 190 kq ilə ikinci, Əlcəzair isə 182 kq ilə üçüncüdür. Sıralamanın 4-cü yerində Azərbaycan qərarlaşıb. Belə ki, ölkəmiz 180 kiloqramla siyahının önündə gedənlərdəndir.
Türkiyə isə adambaşına ildə 169 kiloqram buğda və buğda məhsulları istehlak edilir. Bu nisbətlə Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında birinci, dünyada isə 7-ci yerdədir.
Bu ölkələri Mərakeş (177 kq) və Özbəkistan (173 kq) izləyir. Yeddinci yerdə olan Türkiyədə adambaşına buğda istehlakı ildə 169 kq təşkil edir. Türkiyəni Əfqanıstan (162 kq), İran (156 kq), Misir (146 kq), İtaliya (144 kq), Gürcüstan (139 kq) və Rusiya (138 kq) izləyir.
Avropa ölkələrində buğda istehlakının daha az olduğu görünür. Fransa 120 kq istehlakla 180 ölkə arasında 26-cı yerdədir. Sonrakı yerdə 116 kq ilə Yunanıstan gəlir. İngiltərə 35-ci yerdə 111 kq buğda istehlak edildiyi halda, Almaniya 88 kq ilə 65-ci yerdədir.
ABŞ-da adambaşına ildə 80 kq buğda istehlak edildiyi halda, Çində bu miqdar 66-dır. Euronews Türk-də yer alan xəbərə görə, dünyada ən az buğda istehlak edən ölkə 1 kq ilə Laosdur. Çad, Kamboca və Mərkəzi Afrika Respublikasında illik istehlak 3 kq-dır.

Xəbərlər     Tarix: 09 avqust 2022

Oxşar xəbərlər

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler dollar mezenne bitcoin dollar manat kursu iqtisadiyyat xeberleri