Azərbaycan Gəncə şəhəri üçün Avropa bankından nə qədər borc alır? - MƏBLƏĞ MƏLUM OLDU

Azərbaycan Gəncə şəhəri üçün Avropa bankından nə qədər borc alır? - MƏBLƏĞ MƏLUM OLDUXəbər verdiyimiz kimi, bugün Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında "Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi" imzalanıb.  Kredit sazişini iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar.
Kredit sazişinə əsasən, Bank Gəncənin su idarəetmə sistemlərinin təkmilləşdirilməsinin maliyyələşdirilməsinə 35 milyon avro (cari məzənnə ilə 61 miylon 978 min manat) ayıracaq. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankından Marja.az-a bildirilib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Layihəyə Avropa İttifaqı (Aİ) 5 milyon avroya qədər qrant da ayıracaq. 
Bu kredit tərəflərin 2024-cü ildə Bakıda baş tutmuş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) imzaladığı anlaşma memorandumunun davamıdır və Gəncə şəhərinin səmərəli və dayanıqlı su və çirkab sularının idarə edilməsi xidmətləri ilə əhatə olunmasını təmin etmək məqsədi daşıyan hərtərəfli proqramın başlanğıcıdır.
Əldə edilən vəsait su təchizatı boru kəmərlərinin, çirkab su toplama borularının və su anbarlarının, həmçinin yağış sularının idarə olunması sistemlərinin və digər köməkçi infrastrukturun tikintisinə sərf olunacaq. 
Gəncə şəhəri 2020-ci ildə AYİB-in flaqman Yaşıl Şəhərlər proqramına qoşulub və bu layihə hazırda AYİB-in orada üçüncü investisiya layihəsidir. AYİB-in Gəncədə ilk layihəsi 2022-ci ildə şəhər tullantılarının idarə olunması sahəsində təkmilləşdirmələrin maliyyələşdirilməsi olub. Daha sonra şəhərin küçə işıqlandırma infrastrukturunun təkmilləşdirilməsinin maliyyələşdirilməsi həyata keçirilib.
AYİB Azərbaycanda ən böyük institusional investordur. Bu günə qədər Bank 195 layihə vasitəsilə ölkəyə 4 milyard avrodan çox sərmayə ayırıb. 

Banklar     Tarix: 22 yanvar 2025

Oxşar xəbərlər

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild


iqtisadi xeberler dollar kursu leobank kart en son xeberler bitkoin