"Azərbaycan hasil edilmiş neftin 60 %-ni "mənfəət" kimi alıb"

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" (AÇG) neft-qaz yatağından indiyədək 570 milyon ton neft, 205 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş "Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir" adlı tədbirdə çıxışı zamanı qeyd edib.
X.Yusifzadə vurğulayıb ki, bu yataqlardan hasil edilmiş neftin 60 %-i və ya 345 milyon tonu Azərbaycanın "mənfəət" nefti kimi satılaraq ölkə iqtisadiyyatının inkişafına böyük təkan verib.
SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, "Əsrin müqaviləsi" Heydər Əliyevin birinci şah əsəridir: "Əsrin müqaviləsi"nin imzalanması ilə bütün ölkələr, bütün dövlətlər bildilər ki, Azərbaycan stabil ölkədir. Burda iş aparmaq olar. Heç də təsadüfi deyil ki, bu müqavilədən sonra 35 müqaviləyə imza atılıb. "Əsrin müqaviləsi" həmçinin iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edir.
1997-ci ildə Azərbaycanda illik neft istehsalı 9 milyon ton idisə, "Əsrin müqaviləsi"nin həyata keçirilməsi ilə neft hasilatı 2010-cu ildə 5.6 dəfə artaraq 51 milyon tona çatıb". / banker.az

Xəbərlər     Tarix: 22 fevral 2023

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler bu gunun xeberleri bitcoin en son xeberler leobank kart