Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb
2004-2021-ci illər ərzində, Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb.
KONKRET.azxəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.
"Bu illər ərzində sənaye istehsalı 3,7 dəfə, kənd təsərrüfatı istehsalı 2 dəfə, ixrac 9,2 dəfə, o cümlədən qeyri-neft ixracı 7,3 dəfə, valyuta ehtiyatlarımız 33 dəfədən çox, xarici ticarət dövriyyəmiz isə 6,8 dəfə artıb. Azərbaycanın yeni strateji inkişaf mərhələsində iqtisadiyyatın innovasiyayönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi ilə bu ilin 10 ayında ölkənin xarici ticarət dövriyyəsinin dəyəri 46 milyard ABŞ dollarından artıq olub, 23 milyard ABŞ dollarından çox müsbət saldo formalaşıb", – o deyib.//Report
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd