Azərbaycan iqtisadiyyatı cüzi artıb
Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 29 milyard 892,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,5 faiz artmışdır.
ÜDM istehsalının 37 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,7 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 2922,2 manata bərabər olmuşdur.
2025-ci ilin yanvar-mart aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,5 faiz artmışdır.
Sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 30,3 faizi emal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2 dəfə, əczaçılıq məhsullarının istehsalı 43,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,7 faiz, maşın və avadanlıqların istehsalı 20,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 15,6 faiz, qida məhsullarının istehsalı 12,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,9 faiz artmış, içkilərin istehsalı 0,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 1,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,4 faiz, tütün məmulatlarının istehsalı 3,1 faiz, neft məhsullarının istehsalı 7,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,0 faiz, tikinti materiallarının istehsalı 9,5 faiz, mebel istehsalı 9,7 faiz, hazır metal məmulatlarının istehsalı 18,1 faiz, kağız və karton istehsalı 31,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 32,8 faiz, geyim istehsalı 45,3 faiz, poliqrafiya məhsullarının istehsalı isə 55,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,0 faiz artmışdır.
İNVESTİSİYALAR AZALIB
2025-ci ilin yanvar-mart aylarında əsas kapitala 3 milyard 467,7 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 24,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,4 faiz azalmışdır. İstifadə olunmuş investisiyanın 1 milyard 814,6 milyon manatı və ya 52,3 faizi məhsul istehsalı sahələrinə, 970,2 milyon manatı (28,0 faizi) xidmət sahələrinə, 682,9 milyon manatı (19,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 2519,0 milyon manatını və ya 72,6 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 2 milyard 693,5 milyon manatı və ya 77,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. / marja.az

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı
İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Elon Musk kimdir?
Onlayn biznes növləri
Dropshipping nədir?
"Freelance" nədir?
SMM nədir?