Azərbaycan karbohidrogen hasilatını artıracaq - OPEK
2022-ci ilin sentyabrında Azərbaycanda maye karbohidrogen hasilatı əvvəlki ayla müqayisədə 5 min barrel artıb və orta hesabla 0,7 milyon barrel təşkil edib.
KONKRET.az xəbər verir ki, bu barədə OPEK-in hesabatında bildirilib.
"Rəsmi mənbələrə əsasən, xam neft hasilatı orta hesabla 558 min barrel təşkil edib. Qiymətləndirmələrə əsasən, 2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının əvvəlki illə müqayisədə 6 min barrel azalacağı və orta hesabla 0,7 milyon barrel təşkil edəcəyi gözlənilir. Proqnozlar 2022-ci ilin üçüncü rübündə iri neft yataqlarında hasilatın gözləniləndən 10 min barrel daha az olması ilə əlaqədar azaldılıb. 2022-ci ildə ölkədə yeni neft layihələrinin işə salınması gözlənilmir, köhnə yataqlardakı azalma isə digər yataqlardan hasilatın artırılması hesabına kompensasiya olunacaq.
2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı 49 min barrel artaraq 0,8 milyon barrelə çatacaq. Artım "Şahdəniz", və "Abşeron" yataqları, eləcə də "Mərkəzi-Şərqi Azəri" layihəsi hesabına təmin olacaq", – hesabatda qeyd olunub.

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Fond birjası nədir?
İnstaqramda biznes qurmağın yolları
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dizaynerlər üçün TOP-5 Freelance sayt
ZARA-nın uğur hekayəsi