Azərbaycan "Lukoil"un Bolqarıstandakı zavodunu satın almağı nəzərdən keçirir
Azərbaycanın "Lukoil"un Bolqarıstandakı neft emalı zavodunu satın almağı nəzərdən keçirir.
Banker.az bunu Interfax agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynov "Euronews Bulgaria"a bildirib. Səfir bildirib ki, "konkret təklif alınarsa", Azərbaycan höküməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ölkədəki "LUKOIL Neftochim Burgas" neft emalı zavodunu almaq variantını nəzərdən keçirməyə hazırdır.
"LUKOIL" 1999-cu ilin oktyabrında Bolqarıstanda fəaliyyətə başladı və 8.8 milyon ton gücü olan "Burgas" neft emalı zavodunun nəzarət paketinin sahibi olub. Şirkət həmçinin ölkədə 500-dən çox yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir.
Qeyd edək ki, Bolqarıstan parlamenti 2023-cü ilin sentyabrında Rusiya neftinin idxalının tədricən dayandırılmasını təsdiqləyib.
Bolqarıstan və bir sıra digər Avropa İttifaqı ölkələri 2024-cü ilin sonuna qədər Rusiya neftinin idxalına qoyulan qadağadan azaddırlar, lakin deputatlar LUKOIL neft emalı zavodlarında bu ilin sonuna qədər Rusiya xammalının istifadəsinin 80%-ə qədər məhdudlaşdırılmasına və növbəti ilin oktyabr ayına qədər tamamilə ləğv edilməsinə səs veriblər.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Onlayn biznes ideyaları
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?