"Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub" - Əhməd İsmayılov

"Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək üçün islahatların yeni mərhələsinə qədəm qoyub".
KONKRET.azxəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhməd İsmayılov Həştərxanda keçirilən "Biznes jurnalistikası və işgüzar kommunikasiyalar" adlı Xəzər Media Forumu zamanı bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 12-də "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalayıb. Bununla media sahəsində islahatların yeni mərhələsi başlayıb. Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə dövlət dəstəyinin göstərilməsi bizim üçün mühüm istiqamətlərdən biridir. Bu məqsədlə, o cümlədən media sahəsində digər istiqamətlərin inkişafı və müvafiq layihələrin həyata keçirilməsi üçün bu fərmana əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılıb", – o vurğulayıb.
O xatırladıb ki, bu il iyulun 22-də Azərbaycan mediasının nümayəndələri Şuşada Beynəlxalq Media Forumu keçirməklə peşə bayramlarını qeyd ediblər: "Şuşada keçirilən Beynəlxalq Media Forumunda dünyanın 20-yə yaxın ölkəsindən xarici mətbuat nümayəndələri və ekspertlər, həmçinin beynəlxalq təşkilatların media sahəsində təmsilçiləri ilə müasir media mühitinin aktual problemləri ətrafında fikir mübadiləsi apardıq".
Onun sözlərinə görə, Azərbaycanda media sahəsinin inkişafında mühüm amillərdən biri bu il fevralın 8-də qüvvəyə minmiş "Media haqqında" Qanundur: "Bu qanunda çap mediası və internet mediası subyektlərinin fəaliyyətinin yaxşılaşdırılması üçün bir sıra mütərəqqi normalar müəyyən edilir. Bundan əlavə, dövlət başçısı bu il fevralın 8-də ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişiklik edib. Nəticədə bu sahədə müəyyən təcrübəyə malik jurnalistlər, o cümlədən gənc ailənin üzvü olan jurnalistlər mənzil almaq üçün dövlət dəstəyi ilə verilən güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olub".
Ə.İsmayılov deyib ki, xarici təşkilatlarla etibarlı əməkdaşlıq əlaqələrinin qurulması da media sahəsinin inkişafında mühüm rol oynayır: "Azərbaycan mediası həm beynəlxalq platformada, həm də ikitərəfli münasibətlər vasitəsilə əlaqələri genişləndirir. Bu mənada Xəzər regionu ölkələrinə xüsusi diqqət yetirilir".
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Xəzər Media Forumu çərçivəsində regional səviyyədə informasiya fəaliyyəti və əməkdaşlıq məsələsinin müzakirəsinin vacibliyini vurğulayıb: "Əminik ki, rəsmilərin, media ekspertlərinin, ictimai xadimlərin və jurnalistlərin iştirakı ilə başlayan Xəzər Media Forumu media və kommunikasiya sahəsində müasir problemlərin müzakirəsi, müvafiq həll yollarının axtarışı baxımından mühüm əhəmiyyət kəsb edəcək".

Xəbərlər     Tarix: 09 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler kicik biznes bitkoin qiymeti iqtisadiyyat xeberleri 1000 manatla biznes