Azərbaycan Ordusunun hərbi qulluqçularının təminatına dair təkliflər hazırlanıb
Azərbaycan Ordusunun hərbi qulluqçularının xidmət şəraiti, ərazi relyefi və iqlim şəraitinə müvafiq olaraq təminat məsələlərinə dair təkliflər hazırlanıb.
azxeber.com xəbər verir ki, bu barədə avqustun 29-da Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə keçirilən toplantıda qeyd olunub.
Bildirilib ki, qardaş Türkiyənin və digər qabaqcıl ölkələrin təcrübələrindən istifadə olunmaq şərtilə hazırlanan təkliflərə əsasən bütün qoşun növləri üzrə silahlanmaya yeni qəbul edilən texnika və avadanlıqların, eləcə də texniki vəsaitlərin daha da səmərəli istifadəsi nəzərdə tutulur. Eyni zamanda hərbi qulluqçuların ümumqoşun quru ərzaq payı normasının tərkibi zənginləşdirilir.
Vurğulanıb ki, yeni təkliflərin əsas məqsədi şəxsi heyətin bütün növ təminatını daha da yaxşılaşdırmaqdır.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət