Azərbaycan Özbəkistanla imzalanmış dörd Sazişi təsdiqlədi
"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında" 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiqlənib.
KONKRET.az xəbər verir ki, bununla bağlı müvafiq qanunu Prezident İlham Əliyev imzalayıb.
Habelə, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiqlənib.
"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilib..
Bundan başqa, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında" 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiqlənib.

Çarli Manqerə görə, hər bir insanın Benjamin Franklindən öyrənməli olduğu 5 həyat dərsi
FED faiz qərarını açıqladı
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
Evdə biznes qurmağın yolları
İlon Mask kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Marketinq nə demədir?