Azərbaycan Premyer Liqası: Yay transfer dövründə 93 futbolçu alınıb

Azərbaycan Premyer Liqası: Yay transfer dövründə 93 futbolçu alınıbAzərbaycan Premyer Liqasında çıxış edən klubların yay pəncərəsi vaxtı etdikləri transferlərin sayı açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Marketinq Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Sənan Abdullayev məlumat verib.
O bildirib ki, çempionatdakı 10 komandaya ümumilikdə 93 yeni futbolçu transfer olunub, "Qarabağ"ın 1, "Neftçi"nin isə 2 futbolçusu icarədən qayıdıb.
PFL rəsmisinin sözlərinə görə, gələn futbolçuların sənədləri qaydasındadırsa, qurumun elektron matç sisteminə yerləşdirilir: "Onun əsasında PFL-in saytında yeniləmələr edilir. Sadəcə, rəsmi açıqlama vermək klubların səlahiyyətindədir. Sənədləri qaydasında olan və 1 sentyabr da daxil olmaqla, azad agent statusu olan oyunçular aprelin 15-nə kimi qeydiyyatdan keçə bilərlər. Bu, peşəkarlara aiddir. Statusun dəyişdirilməsi – həvəskarlardan peşəkarlara keçid mümkün deyil. Klubların öz akademiyalarının üzvləri ilə bağlı isə məhdudiyyət yoxdur".
Sənan Abdullayev "Sabah"ın hələlik Ukraynanın "Şaxtyor" (Donetsk) klubundan icarəyə götürdüyü Aleksey Kaşukun qeydiyyatı üçün PFL-ə müraciət etmədiyini söyləyib: "İcarəyə götürüblərsə, sənədləri sentyabrın 1-dək hazır olub. Sənədləri qaydasındadırsa, istənilən vaxt göndərə bilərlər".
"Qarabağ"
Gələnlər: Ovusu Kvabena (icarədən qayıdıb), Luka Quqeşaşvili ("Yagelonniya", Polşa), Marko Yankoviç ("Hapoel Təl-Əviv"), Julio Romao
Gedənlər: Xayme Romero, Patrik Andrade, Zamiq Əliyev ("Kəpəz", icarə), Rüstəm Əhmədzadə ("Zirə", icarə)
Müqavilə müddətini uzadanlar: Qurban Qurbanov (baş məşqçi), Kevin Medina, Riçard Almeyda, Kadi Borqes
"Neftçi"
Gələnlər:Laurensiu Regekampf (baş məşqçi), Viorel Dinu, Boqdan-Kornel, Merişanu, Florin Aleksandru, Florin Tene (məşqçilər) Rəhman Hacıyev, Asim Əlizadə (hər ikisi icarədən qayıdıb) Ataa Caber, Qodsvey Donyo, Kenni Sayef, Solomon Kvirkveliya, , Yeqor Boqomolski, Nikolay Qriqori (məşqçi)
Gedənlər: Huqo Baston, Samir Abasov (baş məşqçi), Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, Etibar Tarıverdiyev, Eduardo Karo (məşqçilər), Kamran İbrahimov, Ramon Maçado, Tiaqo Bezerra, Turan Vəlizadə, Xəyal Nəcəfov (hər ikisi "Turan Tovuz", icarə), Fəhmin Muradbəyli, Mirabdulla Abbasov
Müqavilə müddətini uzadan: Xəyal Nəcəfov, Turan Vəlizadə
"Zirə"
Gələnlər: Slavik Alxasov, Mirsayib Abbasov, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə ("Qarabağ", icarə), Moiz Adileu, Andriya Lukoviç, Toni Korreya Qomes
Gedənlər: Brayan Alseus, Ağabala Ramazanov, Davit Volkov, Ahmed Ayzaya
Müqavilə müddətini uzadan: Qismət Alıyev, İlkin Muradov, Ruslan Abışov, Anar Nəzirov, Hacıağa Hacılı, Filip Pahtmann, Sərtan Taşkın, Dimitrios Çantakias
"Qəbələ"
Gələnlər: İlkin Qırtımov ("Şamaxı"), Səlahət Ağayev "(Sabah"), Felipe Santos, Ramon Maçado, Andrey Strijak
Gedənlər: Samet Karakoç, Nicat Mehbalıyev, Ehtiram Şahverdiyev, Fernan Lopes, Stefan Vukçeviç, Fernan Lopes, Kamal Mirzəyev, Patrik Robson
Müqavilə müddətini uzadanlar: Elmar Baxşıyev (baş məşqçi), İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Ruan Renato, Asif Məmmədov, Murad Musayev, Urfan Abbasov, Rafael Utziq, Omar Hani
"Sabah"
Gələnlər: Tellur Mütəllimov ("Sumqayıt"), Anatoli Nuriyev, Davit Volkov, Namik Ələskərov, Con İrasaballa, Abdulaye Ba, Emmanuel Apeh, Aleksey Kaşuk (icarə)
Gedənlər: Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriges, Xuan Kamara, Mixeili Erqemlidze, Lukas Rangel, Abdulla Rzayev, Kamran Quliyev (icarə), Hiqor Qabriel (icarə)
Müqavilə müddətini uzadanlar: Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov, Bəxtiyar Həsənalızadə, Ceyhun Nuriyev
"Sumqayıt"
Gələnlər: Vüsal İsgəndərli, Stiven Pereyra, Damian Daniçiçi, Filipe Çabi, Alya Ture, Ouro-Nil Ture, Todor Todoroski, Almir Aganspahiç
Gedənlər: Tellur Mütəllimov ("Sabah"), Rəhim Sadıxov ("Zirə"), Yusif Nəbiyev, Höccət Haqverdi, Elvin Məmmədov ("Şamaxı")
Müqavilə müddətini uzadan: Vurğun Hüseynov, Vüqar Mustafayev
"Şamaxı"
Gələnlər: Vüqar Əsgərli (baş məşqçi), Abdulla Rzayev, Kamran Quliyev (icarə), Adil Nağıyev ("Səbail", icarə), Elvin Məmmədov ("Sumqayıt")
Gedənlər: İlkin Qırtımov ("Qəbələ"), Tərlan Quliyev, Tural Axundov, Kamal Bayramov, Natan Oduva, Aldair Neto, Şəhriyar Əliyev, Rəhman Hacıyev, Vüsal Qənbərov
Müqavilə müddətini uzadanlar: Rüstəm Əliyev (baş məşqçi), Rəhman Daşdəmirov, Stanislav Namaşko
"Səbail"
Gələnlər: Mahmud Qurbanov (baş məşqçi), Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənov, Zakpa Qoba, Luvaqa Kizito, Emin Zamanov, Qustavo Moreno de França, Emil Balayev, Fakundo Kardozo, Franko Mazurek, Emil Martinov, Samir Abdullayev, Maksim Çex, Petro Stasiuk
Gedənlər: Aftandil Hacıyev (baş məşqçi), Nikolas Raysel, Domantas Şimkus, Əfran İsmayılov, İbrahim Aslanlı, Cavid Tağıyev, Mirsayib Abbasov, Rauf Əliyev, Məhəmməd Mirzəbəyov, Adil Nağıyev ("Şamaxı", icarə)
Müqavilə müddətini uzadanlar: Cabir Əmirli, Tural Bayramlı, Adil Nağıyev, Ədilxan Qarəhmədov, Ruslan Hacıyev, Turan Manafov, Hüseynəli Quliyev, Rahid Əmirquliyev, Sadiq Məmmədzadə
"Turan Tovuz"
Gələnlər: Ayxan Abbasov (baş məşqçi), Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov, Veysəl Rzayev (Hər ikisi "Sabah", icarə), Xəyal Nəcəfov, Turan Vəlizadə (hər ikisi "Neftçi", icarə), Eltun Turabov, Ehtiram Şahverdiyev, Piruzi Marakvelidze, İmeda Aşortia, Ayxan Hüseynov, Cavid Tağıyev, Vüsal Məsimov, Natan Oduva, Nazim Həsənzadə (icarə), Sadiq Quliyev, Ben Aziz Dao, Runi Eva, Siyanda Xulu, Henri Okebuqvu
Gedən: Əfqan Talıbov (baş məşqçi)
Müqavilə müddətini uzadanlar: Akif Tağıyev, Abbas Ağazadə, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, İzzət Müştaqov və Famil Camalov
"Kəpəz"
Gələnlər: Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Zamiq Əliyev ("Qarabağ", icarə), Mate Kvirkviya, Giorgi Kantariya, Əfran İsmayılov, Rauf Əliyev, Fərid Nəbiyev, Abdullahi Şuaybu, Mixeil Erqemlidze, Orxan Sadıqlı, Peyman Keşavarzi, Yeqor Xvalko
Gedənlər: Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə, Emil Qasımov, Cavid İmamverdiyev
Müqavilə müddətini uzadan: Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov, Bəhruz Teymurov, Əli Səmədov.
Transfer olunmuş oyunçuların sayı: ("Sabah"ın futbolçusu Aleksey Kaşuk nəzərə alınmayıb)

Azərbaycan Premyer Liqası: Yay transfer dövründə 93 futbolçu alınıb(Report)

Xəbərlər     Tarix: 02 sentyabr 2022

Oxşar xəbərlər

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin


iqtisadi xeberler valyuta kurslari biznes ideyalari kicik biznes dollar kursu