Azərbaycan Premyer Liqasında tura paytaxtda yekun vurulacaq – AFİŞA
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tur yekunlaşacaq.
KONKRET.az xəbər verir ki, sonuncu oyun günündə iki matç baş tutacaq.
Günün ilk oyununda "Sabah" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 12 xalla 2-ci, qonaqlar 4 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 15 dəfə üz-üzə gəlib. Bunların 7-də "Sabah", 5-də "dənizçilər" qələbə qazanıb. Topları nisbətində də meydan sahibləri üstündür – 18:13.
Günün ikinci matçında "Zirə" "Qəbələ" ilə üz-üzə gələcək. Bölgə təmsilçisi 9 xalla 4-cü, paytaxt klubu 4 xalla 7-ci sıradadır. Bu, tərəflərin çempionatda 28-ci görüşü olacaq. Əvvəlki oyunların 9-da "qırmızı-qaralar", 5-də "qartallar" meydanı 3 xalla tərk edib. Daha 13 oyunda isə tarazlıq pozulmayıb. Topların nisbətində "Qəbələ"nin üstünlüyü var – 32:22.
Azərbaycan Premyer Liqası
V tur
4 sentyabr
18:00 "Sabah" – "Səbail"
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Kamran Bayramov, Cavid Cəlilov
Hakim-inspektor: Orxan Məmmədov
"Bank Respublika Arena"
20:30 "Zirə" – "Qəbələ"
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
"Dalğa Arena"
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Qarabağ" səfərdə "Kəpəz"i, "Turan Tovuz" "Şamaxı"nı eyni hesabla yenib – 1:0. "Neftçi" isə öz meydanında "Sumqayıt"ı darmadağın edib – 3:0.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SWIFT nədir?
İban nədir?
Biznes nədir?
Az pulla hansı işi qurmaq olar?