Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu DAVA ETDİ
Azərbaycan Premyer Liqasında IV turun "Səbail" – "Kəpəz" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov və qonaq komandanın futbolçusu Rauf Əliyev arasında münaqişə baş verib.
KONKRET.az-ın məlumatına görə, əlbəyaxa dava həddinə çatan olaya polislər müdaxilə etməli olub. Tərəfləri çətinliklə ayırmaq mümkün olub. Oyunun 69-cu dəqiqəsində isə baş hakim Tural Qurbanov 33 yaşlı hücumçunun təhqirə yol verdiyini bildirərək, onu meydandan qovub.
Görüşün ardından təşkil olunan mətbuat konfransında Qurbanov Əliyevin davranışını anlayışla qarşıladığını bildirib: "Əslində Raufu başa düşmək olar. Çünki komandası uduzub, özü isə qırmızı vərəqə alıb. O, hələ işin nə yerdə olduğunu bilmir. Digər tərəfdən, Əliyev mövsümlərarası fasilə müddətində çox istəyirdi ki, "Səbail"də qalsın. Lakin mən onun qalmamasını qərara aldım. Çox güman ki, bundan incik düşüb, işin içini bilməyə-bilməyə nə isə artıq-əksik danışmaq istəyir. Eybi yox".
51 yaşlı mütəxəssis futbolçu ilə aralarında əlbəyaxa davanın baş vermədiyini iddia edib: "Xeyr, orada heç nə yox idi. Bir anlaşılmazlıq olmuşdu. Polisin naryad çağırma səbəbini bilmirəm. Heç bir davamız da yox idi".
"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə isə futbolçusunun hərəkətindən xəbərsiz olduğunu söyləyib: "Harada? Rauf? Mən görmədim. Deyirsiz, mən də sizdən eşidirəm. Paltardəyişmə otağında da belə bir şey görmədim. Oyun bitdi, uduzduq. Rəqib komandanı təbrik edirəm. Mahmud Qurbanov da bizim həmkarımızdır, Azərbaycanın tanınmış futbolçusu olub, hazırda gənc baş məşqçilərimizdəndir. Siz dediniz, mən də araşdıraram. Oyundan sonra belə halların baş verməsi xoşagəlməzdir. Özündən böyüyə qarşı hansısa hərəkət edibsə, ona yaraşdırmıram".
Qeyd edək ki, oyun "Səbail"in qələbəsi ilə başa çatıb – 4:1./report
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza