Azərbaycan Prezidentinin Moldovanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB

Azərbaycan Prezidentinin Moldovanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİBOktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşü olub.
KONKRET.azxəbər verir ki, Prezident İlham Əliyev Moldovanın Baş naziri Nataliya Qavrilitsanı qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:
– Xoş gəlmisiniz, xanım Baş nazir. Sizi görməyimə çox şadam. Azərbaycana səfərə gəldiyinizə görə təşəkkür edirəm. Əminəm ki, səfər çox uğurlu olacaq və biz əməkdaşlığımızı gücləndirəcəyik. Bilirsiniz ki, Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar. Əminəm ki, gələn illər ərzində əməkdaşlığımızın intensivləşdirilməsi yolları üzərində çalışacağıq, çünki belə yaxşı siyasi münasibətlərlə yanaşı, biz birmənalı olaraq, digər sektorlarda imkanları da araşdırmalıyıq. İnanıram ki, səfəriniz zamanı bu məsələlər ciddi şəkildə nəzərdən keçiriləcək və biz ticari əməkdaşlıq, iqtisadi işbirliyində daha çox canlanmanı görəcəyik. Əminəm ki, ikitərəfli ticarət səviyyəsini artırmaq üçün böyük potensial var.
Əlbəttə ki, hazırda qlobal gündəlikdə duran mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir. Biz nümayəndələrimiz vasitəsilə artıq bu məsələlər üzərində iş aparmışıq. Sözsüz ki, cari vəziyyəti və həmin sahələrdə əməkdaşlığın başlanması üçün hansı işlərin görüləcəyini də müzakirə edəcəyik. Bir çox digər sahələr də var və inanıram ki, ikitərəfli gündəliyimizin genişləndirilməsi üçün böyük imkanlar olacaqdır. Təbii ki, çox güclü siyasi münasibətləri nəzərə alsaq, onlar olmalıdır. Bir neçə gün əvvəl, xanım Prezidentlə Praqada görüşmək imkanı oldu. Bilirsiniz ki, bizim əvvəllər də görüşlərimiz, o cümlədən telefon danışıqlarımız olub. Bir sözlə, yaxşı işgüzar münasibətlər qurulub. Əminəm ki, siz də tərəfdaşlığımızı irəliyə doğru aparmaq məqsədilə azərbaycanlı həmkarınızla yaxşı işgüzar münasibətlər quracaqsınız. Bir daha Azərbaycana xoş gəlmisiniz.
Moldovanın Baş naziri Nataliya Qavrilitsa deyib:
– Cənab Prezident, Zati-aliləri, Sizinlə görüşmək və yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün bu fürsətə görə olduqca minnətdaram. Həqiqətən, son ilyarım ərzində çoxsaylı səfərlər vasitəsilə əlaqələrimizdə xüsusi canlanmanın şahidi olmuşuq. Fürsətdən istifadə edərək, mən Prezident Sandunun Moldovaya səfər dəvətini bir daha Sizə çatdırıram. Biz, sözün əsl mənasında, müxtəlif səviyyələrdə çoxsaylı səfərlər etmişik. Şadam ki, həmin rəsmi səfərlər əsnasında biz ikitərəfli münasibətlərimizin 30 iliyini qeyd etmişik. Həmçinin hesab edirik ki, siyasi, iqtisadi və humanitar əlaqələr çox sıx olmuşdur və təkmilləşmişdir. Lakin onların potensialı daha böyükdür. Buna görə mən nəinki Baş nazir və müvafiq nazirlərlə, eləcə də işgüzar dairələrlə görüşməyi səmimiyyətlə arzulayıram. Son on ildə ilk dəfədir ki, Moldova-Azərbaycan iqtisadi komissiyasının iclası keçiriləcək.
Əminəm ki, enerji, iqtisadi, ticari və sosial sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün bizim çox məhsuldar müzakirələrimiz olacaq.
***
12:26
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşü olub.
KONKRET.azxəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xəbərlər     Tarix: 10 oktyabr 2022

Oxşar xəbərlər

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə

Fransa bizdən neft alışını 3 dəfədən çox artırıb

Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib. xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsiin hesabtına görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dollar

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Çin Yaponiyaya iqtisadi təzyiqi artırır

Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Almaniyanın maliyyə naziri: "Aİ lazım gələrsə öz bazarını qoruyacaq"

Almaniyanın maliyyə naziri Lars Klinqbeyl Pekinə səfəri zamanı Çindəki həddindən artıq potensial problemini müzakirə edib və həll yolu tapılmasa, Avropa Birliyinin hərəkətə keçəcəyini vurğulayıb. "Mən açıq şəkildə bildirdi


iqtisadi xeberler telefonla pul qazanmaq leobank kart bitcoin dollar kursu