Azərbaycan "Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları"nı təsdiq edib
Nazirlər Kabineti "Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları"nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qaydalar Rəqabət Məcəlləsinə uyğun hazırlanıb və sazişlərin rəqabət qanunvericiliyinə uyğun olub-olmamasını müəyyən etmək üçün müraciət və qərar prosesini tənzimləyir.
Saziş iştirakçılarından hər hansı biri bağlanılmış sazişin istisna edilməsi üçün rəqabət orqanına könüllü şəkildə yazılı müraciət edə bilər. Sazişin predmeti ilə bağlı iş qaldırıldıqda, saziş iştirakçıları bu barədə bildirişdən sonra 30 gün ərzində müraciət edə bilərlər. Əgər müraciət qaydaların 2.2-ci bəndinin tələblərinə uyğun gəlmirsə, vəsatət rəqabət komissiyasının qərarı ilə qəbul edilir.
Müraciətdə saziş iştirakçıları və onların hüquqi ünvanları, sazişin predmeti, mahiyyəti, texniki və iqtisadi xüsusiyyətləri, davametmə müddəti və tətbiq olunduğu coğrafi ərazi kimi məlumatlar əks olunmalıdır.
Qaydalara əsasən müraciətlərin qiymətləndirilməsi 30 gün ərzində başa çatır. Xüsusi hallar zamanı baxılma müddəti əlavə 30 gün uzadıla bilər. Bu barədə məlumat müraciətçilərə 5 iş günü ərzində verilir.
Müraciətin qiymətləndirilməsi nəticəsində rəqabət orqanı və ya komissiya sazişin istisna edilməsi və ya edilməməsi barədə yekun qərar qəbul edir. Qərar qəbul edilən şərtlər yerinə yetirildiyi müddətdə qüvvədə olur. / banker.az

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
İKEA şirkətinin tarixi
İban nədir?
Dünyada ən çox oxunan 5 kitab
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
ZARA-nın uğur hekayəsi