"Azərbaycan Sənaye Korporasiyası" Türkiyə kapitallı bankda depozit yerləşdirib
Bu il yanvarın 1-nə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin (ASK) "Ziraat Bank Azərbaycan" ASC-də 3.623 milyon avro depoziti olub.
Bu barədə ASK-nın məlumatında bildirilir.
Məlumata görə, depozit ötən il, illik 1.1%-lə yerləşdirilib.
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.
"Zıraat Bank Azərbaycan" isə 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65.5 milyon manatdır. Bankın səhmlərinin 99.98%-i Türkiyənin "Ziraat Bank"ına, 0.01%-i "Zıraat Sıgorta" şirkətinə, 0.01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. / banker.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes plan necə yazılır?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox soruşulan müsahibə sualları hansılardır?
SMM nə deməkdir?