Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 23 % artırdı
Bu il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları 65 milyard 299,3 milyon ABŞ dolları təşkil edib.
KONKRET.az xəbər verir ki, bunun 85 %-i və yaxud 55 milyard 524 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 15 %-i və yaxud 9 milyard 775,3 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 188,3 milyon ABŞ dolları və yaxud 1,9 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 608,9 milyon ABŞ dolları və yaxud 1,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 579,4 milyon ABŞ dolları və yaxud 6,3 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 12 milyard 245,6 milyon ABŞ dolları və yaxud 23,1 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 10 milyard 137,6 milyon ABŞ dolları və yaxud 22,3 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 108 milyon ABŞ dolları və yaxud 27,5 % artım nümayiş etdirib.
ARDNF-in
valyuta ehtiyatları
(milyon ABŞ dolları)
AMB-nin
valyuta ehtiyatları
(milyon ABŞ dolları)
Azərbaycanın
valyuta ehtiyatları
(milyon ABŞ dolları)
01.10.2023
55 524,0
9 775,3
65 299,3
01.07.2023
54 915,1
9 195,9
64 111,0
01.04.2023
53 437,6
9 133,0
62 570,6
01.01.2023
49 033,6
8 995,7
58 029,3
01.10.2022
45 386,4
7 667,3
53 053,7

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes plan necə yazılır?
Biznes təlimlər və tədris üsulları
Evdə biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri