"Azərbaycan S&P və "Moody's"dən də investisiya kredit reytinqi səviyyəsini almaq niyyətindədir
Azərbaycan "Standard & Poors" və "Moodys" beynəlxalq reytinq agentliklərindən də investisiya kredit reytinqi səviyyəsini almaq niyyətindədir.
Bunu maliyyə naziri Samir Şərifov bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Ona görə ki, son illər ərzində Azərbaycan iqtisadiyyatında köklü müsbət dəyişikliklər baş verməkdədir. Bir tərəfdən Azərbaycanın valyuta ehtiyatları artmaqdadır, digər tərəfdən isə borc öhdəlikləri azalmaqdadır. Nəticə etibarı ilə bu, xalis maliyyə aktivlərinin artımına gətirib çıxarır. Bu da heç şübhəsiz ki, hər bir investor üçün Azərbaycan qiymətli kağızlarına, borcuna investisiya etmək istəyənlər üçün olduqca müsbət və etibarlılığı göstərən bir faktordur", - deyə o qeyd edib.
Nazir reytinq agentliklərinin Azərbaycana kifayət qədər həssas yanaşdığı fikrindədir: "Reytinq agentlikləri Azərbaycana qarşı müəyyən mənada xəsislik nümayiş etdirirlər. Ancaq buna baxmayaraq ilkin olaraq "Fitch Ratings" Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini bir pillə artıraraq investisiya kredit reytinqi səviyyəsinə yüksəltdi. Güman edirəm ki, "Standard & Poors" və "Moodys" də oxşar addımlar atacaqlar. Bu əsnada "Moodys" beynəlxalq reytinq agentliyinin Azərbaycan hökumətinin emitent və yüksək təminatsız xarici valyutada reytinqləri üzrə proqnozunu "sabit"dən "müsbət"ə dəyişməsi bunun daha tez zamanda baş verəcəyinə dair bizə ümid verir. Yəni bu proseslərin öz ədalətli həllini tapacağına dair kifayət qədər nikbinik".
Xatırladaq ki, bu ilin iyul ayında "Fitch Ratings" Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini "BB+" səviyyəsindən "BBB-" səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb. Reytinq agentliyinə görə, yüksəliş ölkənin güclü xarici balans hesabatını, davam edən cari hesab və fiskal profisitlərini, azalan xarici valyuta həssaslığını, aşağı dövlət borcunu və inkişaf edən monetar siyasəti əks etdirir.
© "Report"

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda banklararası istinad faizi yüksəlib
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
ABB DigiLife onlayn jurnalını təqdim etdi
ƏDV geri al və onun üstünlükləri
Milyonlar qazandıran qəribə biznes ideyaları
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Shopify-da necə satışa başlamaq olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?