Azərbaycan təhsilində biabırçılıq: 88 ölkə arasında 69-cu yeri tutduq
İndoneziyada keçirilən 34-cü Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizin nəticələri qənaətbəxş olmayıb.
azxeber.com xəbər verir ki, bu haqda xəbəri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, millət vəkili Etibar Əliyev yayıb. O, bildirib ki, ən yüksək nəticə göstərən şagirdimiz Müasir Lisey Təhsil Kompleksinin şagirdi Səid Nəsibov 163 balla bürünc medal qazanıb. "Bu dəyərli şagirdimiz etiraf edir ki, özü sərbəst hazırlaşıb. Digər şagirdlərimiz 600 baldan 92, 56, 22 bal toplayıb.
Keçən ilin nəticələri: Əziz Hüseynov 213, Səid Nəsibov 195 balla bürünc medal qazanıblar. Digər 2 şagirdimiz 195, 174 bal toplayıb.
2020-ci ildə bürünc medalçılarımız 303, 272 və 239 bal toplayıb.
Qaydalar həm də sadədir. Medallar Ümumi iştirakçıların 50 faizinə verilir".
E. Əliyev bildirib ki, bu il keçirilən Olimpiadaya yeni qoşulan ölkələr olduğundan bir bürünc medal qazana bilmişik:
"Olimpiada Mərkəzinin yaradıldığı Riyaziyyat- İnformatika liseyinin şagirdlərinin nəticələri acınacaqlıdır. Bu layihəni də puç elədilər. Fuad Qarayev və Muxtar Məmmədov mifi karton evcik kimi dağıldı. Milyonlar hara xərclənib? Digər bir neçə ölkənin nəticələri məni xeyli düşündürdü.
Ukrayna şagirdlər 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmaqla 8-ci yeri tutublar.
Gürcüstan 1 gümüş, 2 bürünc.
Qırğızıstan 3 bürünc, 1 həvəsləndirici.
Beləliklə, Azərbaycan 88 ölkə arasında 69-cu yerdə;
İran 9-cu yerdə;
Türkiyə 18-ci yerdə;
Qazaxıstan 23-cü yerdə;
Gürcüstan 33-cü yerdə
Qırğızıstan 37-ci yerdə.
Bədnam qonşularımızın bizdən kəskin şəkildə öndə olması isə yalnız əsəb yaradır. Bu gedişlə İnformasiya Texnologiyaları sahəsində mütəxəssis hazırlamaqda bədgüman olaraq qalacağıq.
Bu sahəyə cavabdeh adamlar təcili kənarlaşdırılmalıdırlar. Qalib ölkənin imicinə zərbə vurmayın. İstedadlı uşaqların potensialını artırmağı bacarmırsınızsa, çəkilin bu yoldan!".

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznes plan necə yazılır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Cash Back nədir?
Biznes planı necə yazmaq lazımdır?
IMEI kod nədir?