Azərbaycan "TikTok" ilə bağlı gəlirlərdən vergi almağa hazırlaşır

Azərbaycan Hazırda Azərbaycan "TikTok" platformasında məzmunun monetizasiyası prosesinin vergiyə cəlb edilməsi ilə bağlı danışıqlar aparır.
Bunu "Chain Reaction 2024" forumu çərçivəsində "Başlanğıcdan innovasiyaya. Kriptovalyuta bazarlarının yolu" adlı paneldə çıxışı zamanı "4SIM Azerbaijan" şirkətinin icraçı direktoru Fariz Cəfərov deyib.
Azərbaycan Onun sözlərinə görə, "TikTok" istifadəçilərinin Azərbaycanda kontent yaratmaq və yaymaqla əldə etdikləri gəlirlərin tənzimlənməsinə yönəlmiş bu addım ölkənin müasir rəqəmsal ekosistemi formalaşdırmaq strategiyasının mühüm bir hissəsini təşkil edir.
"TikTok" ilə danışıqların son mərhələdə olduğunu qeyd edən Fariz Cəfərov deyib: "Son illər Azərbaycan sahibkarları dəstəkləmək üçün lazımi alətlər və infrastruktur təmin etməklə milli biznesin rəqabət qabiliyyətinin artırılması və onun yeni səviyyəyə qaldırılması üzrə fəal şəkildə çalışır. Hökumət öz strateji məqsədlərini aydın şəkildə müəyyən edir ki, bura təkcə kiçik və orta sahibkarlıq (KOB) üçün təlim və dəstək deyil, həm də effektiv rəqəmsal ekosistemin yaradılması daxildir. Bu sistemdə məlumat mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik, eləcə də müxtəlif təşkilatları birləşdirən ödəniş sistemləri mühüm rol oynayır".
Onun sözlərinə görə, bu rəqəmsal transformasiyanın əsas elementi KYC ("Know Your Customer") sistemi və rəqəmsal eyniləşdirmənin tətbiqi olub ki, bu da vətəndaşların və biznesin dövlətlə qarşılıqlı əlaqəsini sadələşdirir: "Azərbaycan artıq bu sahədə mühüm irəliləyiş əldə edib. rəqəmsal hökumət – "mygov"da hər bir vətəndaşın öz şəxsi hesabı var ki, bu da onlayn ödənişləri asanlaşdırır. Qanunvericiliyə edilən son dəyişikliklər rəqəmsal şəxsiyyət vəsiqəsi əsasında bank hesablarının açılmasını mümkün edir, habelə bu prosesi xeyli asanlaşdırır və sürətləndirir. Beş ildən artıqdır ki, hökumət vətəndaşların razılığı əsasında banklar və müəssisələrlə məlumat mübadiləsi aparır ki, bu da bank sektorunda innovasiyaları sürətləndirir. Artıq banklar yeni mobil həllər təklif edə, müştəri xidmətlərinin xərclərini 4 dəfə azalda bilər".
F. Cəfərov qeyd edib ki, Azərbaycanda, həmçinin elektron tender və viza platformaları, eləcə də "fintech" sahəsində maliyyə həlləri fəal şəkildə inkişaf etdirilir, pərakəndə ticarət və KOM-lar üçün yeni imkanlar yaradılır.
"4SIM Azerbaijan" şirkətinin icraçı direktoru vurğulayıb: "Gələcəkdə 1200-dən çox kiçik və orta sahibkara ERP sistemlərinə və bulud həllərinə çıxışı təmin etməklə onlara kömək etmək planlaşdırılır ki, bu da biznesə həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda öz fəaliyyətlərini sürətlə rəqəmsallaşdırmağa və genişləndirməyə imkan verəcək".
O əlavə edib ki, hökumət kriptovalyuta vasitəsilə qazananlar üçün yeni vergi qaydaları da hazırlayır.
© Azərtac, Report

Maliyyə     Tarix: 10 sentyabr 2024

Oxşar xəbərlər

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq bitkoin qiymeti depozit faizleri