Azərbaycan Türkiyədə yaradılan qaz ticarəti mərkəzində iştirakçı ola bilər
Azərbaycan, Rusiya və İran respublikada yaradılan Avropa üçün qaz ticarəti platformasında (mərkəzində – red.) oyunçu ola biləcəklər.
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz "Habertürk"ə müsahibəsində bildirib.
"Azərbaycan, Rusiya və İran burada oyunçu ola bilər. Bizim çoxlu terminallarımız var və biz bazar (qaz ticarət platforması – red.) açırıq. Ticarət yeri Türkiyə olacaq, qazın qiyməti də burada formalaşacaq", – nazir qeyd edib.
Onun sözlərinə görə, Türkiyə qaz mənbələrinə yaxın yerləşir və bu bazarda oyunçu olacaq, bunun müvafiq xidmət haqqı da olacaq (qaz qovşağında əməliyyatlar üçün – red.).
Fatih Dönməz ölkədə qaz qovşağının və Avropa üçün ticarət platformasının yaradılması üçün infrastrukturun hazır olduğunu bildirib.
"Hazırda biz yol xəritəsini yekunlaşdırırıq. Fiziki infrastrukturumuz hazırdır. Son dörd ildir ki, biz Türkiyədə milli bazar üçün qaz ticarəti platforması işlədirik. Proqram təminatının və İT infrastrukturunun böyük hissəsi hazırlanır. Biz beynəlxalq bazarların gözləntilərinə uyğun qiymətlərin formalaşması ilə bağlı danışıqlar aparırıq", – nazir vurğulayıb. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Biznes nədir?
SWIFT nədir?
İKEA şirkətinin tarixi
SMM nə deməkdir?
Dünyanın ən varlı 10 müğənnisi