Azərbaycan və Qazaxıstan xalqlarını ortaq köklər birləşdirir

Azərbaycan və Qazaxıstan xalqlarını ortaq köklər birləşdirirQazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir.
İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2005-ci il mayın 24-də Bakıda imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə daha da möhkəmləndirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana tarixi səfəri hər iki dövlət arasında münasibətlərdə yeni mərhəlinin əsasını qoydu. 
Avqustun 24-də geniş tərkibli görüş başa çatdıqdan sonra Azərbaycan və Qazaxıstan dövlət rəhbərləri, hər iki ölkənin hökumət rəsmiləri, o cümlədən transmilli şirkətləri bir çox sahələrdə ikitərəfli münasibətlərin dinamik inkişafına, şaxələnməsinə və əməkdaşlığın daha da möhkəmlənməsinə istiqamətlənən anlaşma memorandumları və sazişlər imzalayıblar. 
Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında imzalanan qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və strateji müttəfiqliyin möhkəmləndirilməsi üzrə komplex proqramı və bəyannamə Azərbaycan və Qazaxıstanın bir sıra siyasi məsələlərin həllində və regional təhlükəsizliyin təmin olunmasında birgə fəaliyyətini daha da gücləndirəcək. 
Bundan əlavə, Azərbaycan və Qazaxıstan digər sahələr, xüsusilə mədəniyyət, təhsil, texnologiya, innovasiya və ticarət üzrə qarşılıqlı əlaqələrdə öz təcrübələrini bölüşəcəklər.
Mərkəzi Asiyanın türk cümhuriyyətləri artıq Türkiyə və Azərbaycanın öncüllük, liderlik etdiyi inteqrasiya proseslərində fəal şəkildə rol almaqdadır. Türk birliyinin qurulması istiqamətində inteqrasiya prosesinin ən fəal aktorları isə məhz Özbəkistan və Qazaxıstandır. Mərkəzi Asiyanın bütövlükdə gələcək taleyini və yönünü də məhz bu iki dövlətin aktiv mövqeyi müəyyən edəcək. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfərləri, bunun ardınca isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin bugünlərdə ölkəmizə rəsmi səfər etməsi bütün türk dövlətlərinin qarşılıqlı münasibətlərinin genişləndirilməsində həlledici rol oynayacaq.
Bütün Türk dünyasının gələcək sıx inteqrasiyası da məhz bu dörd ölkənin – Türkiyə, Azərbaycan, Özbəkistan və Qazaxıstanın sarsılmaz dostluğundan və işbirliyindən asılı olacaq. Bu dördlük bütün Türk dünyasını öz arxasınca çəkib aparan, onu gələcəyə götürən lokomotiv rolunu oynayacaq. Bunun üçün bütün imkanlar və əlverişli zəmin var. Hazırda bu dörd ölkə arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. Həmçinin Azərbaycan-Qazaxıstan münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz demək olar ki, bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə də ölkələrimizin mövqeləri üst-üstə düşür.
Biz bu gün Qazaxıstanla bir çox sahələrdə əməkdaşlığı getdikcə genişləndiririk. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirak etməsini də ayrıca qeyd etməyimiz lazımdır. Qardaş ölkənin Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi Qazaxıstan rəhbərliyinin Azərbaycana qarşı sərgilədiyi əsl qardaşlıq münasibətinin göstəricisidir. Bu həm də iki ölkə arasında humanitar əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradacaq. Bu gün Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin genişlənməsində, Mərkəzi Asiyanın ən böyük ölkəsi sayılan Qazaxıstanın Türk dünyasına inteqrasiyasının dərinləşməsində Prezident İlham Əliyevin rolu və gördüyü işlər xüsusi qiymətləndirilməlidir.
İlham Əliyev Qazaxıstanın ali ordeni - "Altın kıran" ("Qızıl qartal") ordeni ilə təltif edilməsi də bu fikrimizi təsdiqləyir. Tokayevin dövlətimizin başçısını belə bir ali ordenlə təltif etməsi bilavasitə İlham Əliyevin Türk Dövlətləri Təşkilatının yaranması və inkişafı istiqamətində göstərdiyi xidmətlərə verilən yüksək qiymətdir. Bu da onu göstərir ki, Azərbaycan Türk dünyasının inteqrasiyası prosesində üzərinə düşən əlaqələndiricilik missiyasını uğurla yerinə yetirir.
Rövşən Rəcəbov 
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəsi

Xəbərlər     Tarix: 26 avqust 2022

Oxşar xəbərlər

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb


iqtisadi xeberler leobank kart bitkoin online pul qazanmaq valyuta kurslari